ATLAZ

is. [ ər. ]
1. Üzü hamar, parlaq ipək parça növü.
Get atlazın yaxşısından; Yaşılından da al gətir! Aşıq Hüseyn.

// Atlazdan tikilmiş.
Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama. (Bayatı).
…Sürtükün bozarmış mahudu ilə şəvə kimi parlayan atlaz yaxalıq bir-birinə uymurdu. M.S.Ordubadi.
Naznaz atlaz paltarını yığıb, neylon corablarda işıldayan qılçalarını qabağa verərək maşından çıxır. M.İbrahimov.

2. Təşbihlərdə: atlaz kimi parlaq, hamar şey haqqında.
Doğrudan da, usta Ağabalanın saqqalı gözəl saqqal idi: qara atlaz parçası kimi üzünün iki tərəfini tutub. Çəmənzəminli.
Ortada gömgöy otlarla atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.

ÁTLAS
ATLÉT

Значение слова в других словарях