ATOMİ́ZM

[ yun. ] fəls. Materiyanın daim hərəkətdə olan əbədi, bölünməz və xırda zərrələrdən – atomlardan ibarət olduğunu iddia edən materialist nəzəriyyə (bu nəzəriyyə ilk dəfə eramızdan qabaq VI əsrdə qədim hind filosofları və eramızdan qabaq V əsrdə yunan filosofları tərəfindən inkişaf etdirilmişdir). Levkipp, Demokrit, Epikur və Lukresinin fəlsəfəsində atomizm ardıcıl təlim kimi formalaşmışdır.
ATOMİ́STİKA
ATRİBÚT
OBASTAN VİKİ
Atomizm
Atomistika və ya atomizm (qədim yunan sözü olub a-tomos, bölünməz deməkdir) - materiyanın diskret, arası kəsilmədən (atomlardan və mikrozərrəciklərdən ibarət) quruluşu haqqında təlim. Atomistikanınn ilk tərifi nyaya, vayşeşika qədim hind fəlsəfəsi təlimlərindən daha dolğun isə Levkip, Demokrit, Epikür və Lükretsi fəlsəfəsində verilmişdir. Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir. Empedokl (b.

Значение слова в других словарях