Aupouri
Aupouri yarımadası ing. Aupouri Peninsula - Şimal adasının Oklənd yarımadasının şimal qutaracağında yerləşir. İnzibati cəhətdən Nortlend regionunun Far-Nort rayonu ərazisinə daxildir. Yarmadanın uzunluğu 88 km, eni maksimal olaraq 31 km, ortalama eni isə 12 km təşkil edir. Ən hündür nöqtəsi 281 metrdir. Sahəsi 1400 km² təşkil edir. Qərb sahillərini Tasman dənizi, şərqini isə Sakit okean yuyur. Yarımadanın ən iri yaşayış məntəqələri Houhora (800 nəfər) və Avanui (350 nəfər) kimi şəhərçiklərdir. Yarımada ərazisində ümumilikdə 1600 nəfər məskunlaşmışdır. Bu səbəbdən ərazidə Federal şose (2010-cı ildə istifadəyə verilib) istisna olaraq digər yol demək olar ki yoxdur.