AVAZ

is. [ fars. ]
1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. ( Ata. sözü ).
Həkim özü yaxşıca avaz ilə oxuyurdu. C.Məmmədquluzadə.

2. Hava, ahəng.
Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. Aşıq Qərib”.

// Mahnı, nəğmə, xoş səs.
Avazın gələndə can bihuş olur; Qurbanam o nazik sədayə, Zeynəb! M.P.Vaqif.
Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı. S.Rüstəm.
Qopdu dodaqlarından ürək açan bir avaz. M.Müşfiq.

□ Avaz etmək – hava ilə oxumaq.
Nazənin-nazənin edərsiz avaz; Ruhlar təzələnir, olur sərəfraz. M.P.Vaqif.

Синонимы

  • AVAZ səs — səda
  • AVAZ hava — ahəng
  • AVAZ avaz(ə) bax səs
AVARLI
AVAZAT
OBASTAN VİKİ
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
TRT Avaz
Avaz – TRT-nin Balkanlar, Qafqaz və Orta Asiyada verilişləri yayımlanan ortaq türk kanalı. Altı dildə (Azərbaycan dili, qazax dili, qırğız dili, özbək dili, türkmən dili, türk dili) iyirmi dörd saat ərzində yayımlanan kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər nümayiş etdirilir. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsilə dünyaya çatdırılır.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Avazenik
Avazenik — 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd. == Toponimik izah == XVIII əsrin ortalarına aid ermənicə mənbədə Avazank kimidir (150, 362). Azərbaycanca Avazan kənd adının ermənicə yazılış formasıdır. XX əsrin 50-ci illərində kənd dağılmışdır.
Avazlar
Avazlar — Azərbaycan Respublikasının Laçın rayonu Hoçaz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bu kəndin adı Avaz adlı bəyin yaşadığı ərazi mənasında Avazlar toponimi kimi formalaşmıdır. Avaz bəy əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. XIX əsrin birinci yarısında o indiki Avazlar kəndinin ərazisinə köçmüş və yurd salmışdır. Kənd ərazisində Qızıl qaya adlanan ərazidə, dar bir kahada məskunlaşmışdır. Sonra həmin kahadan yuxarı hissədə başqa yerlərdən gəlmiş ailələr məskunlaşmışdır. Balaca, dar kaha olan bu ərazini insanlar "Avazdar" olaraq nişan vermişdir. "Avaz", "dar" Avaz yaşayan dar (kaha) yer mənasını ifadə edirdi. Sovet dövründə Avazdar toponimi orfoqrafik səhv qəbul edildiyindən, kəndin adı səbəbi bilinmədən Avazlar olaraq rəsmiləşdirilmişdir. Avaz bəy, el arasında "Avaz pəhləvan", "tək Avaz" kimi adlarla da tanınmış və yaddaşlarda qalmışdır.
Çorşənbi Avazxanoviç Çorşənbiyev
Çorşənbi Çorşənbiyev Avazxanoviç (15 may 1995, Xoroq) tacikistanlı qarışıq döyüş sənəti idmançısı. 10 fevral 2021-ci il tarixindən etibarən Fight Nights Global döyüşçüsüdür. IFFCF-MMA Dünya Kuboku Çempionu (2015), MMA döyüşçüsü, eyni zamanda çılpaq yumruqlarla çıxış edir. "URJ" ləqəbi ilə çıxış edir (pamir ləhcəsində "Qurd" sözü olaraq tərcümə olunur). == Uşaqlıq və gənclik == 15 may 1995-ci ildə Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin cənub-qərb hissəsində yerləşən Xorog şəhərində dünyaya gəlib. İdman karyerasına atasının rəhbərliyi altında başladı. Paxlavanov Avazxan Çorşənbiyeviç kiçik yaşlarından onu və qardaşını atletika üzrə məşq etdirdi. Atanın özü bir idmançı idi, atletika ilə məşğul idi və uşaqlarının da onun yolunu davam etdirməsini istəyirdi. 2013-cü ildə məktəbi bitirdikdən sonra atasından nümunə götürərək həyatını idmana həsr etmək qərarına gəldi, lakin fərqli bir istiqamət seçdi. Əməkdar məşqçi — Alidodov Xuşomad Xudodoviçin rəhbərliyi altında karate ilə məşğul olmağa başladı (məşqçi o vaxt 3-cü dan qara kəmər sahibi idi).

Значение слова в других словарях