AVLAKOGEN

(yun. sözü aulax, aulakos-şırım və doğulan) uzun müddət inkişaf etmiş qırılmalarla əhatələnən, ensiz, dərin və yüzlərlə və minlərlə km uzanan çökəklik şəkilində, platforma daxili, xətti mütəhərrik zona. aвлакоген aulacogene
AVANŞELF
AVRASİYA
OBASTAN VİKİ
Avlakogen
Avlakogen — platforma bünövrəsini kəsən iri yarıqlarla hüdudlanmış, yüksək mütəhərrikli, xətti çökək. == Haqqında == Uzunluğu bir neçə 100 km, eni 10 km-lərlədir; adətən yaxınlıqda yerləşən geosinglinallarla sıx əlaqədə olur. Avlakogen təşkil edən çökmələr böyük qalınlıqlı (1000 m-ərlə) olub, adətən mürəkkəb qırışıqlar əmələ gətirir. Formasiya tərkibinə görə avlakogen miogeosinklinallara yaxındır. Sadə (sadə sinklinal quruluşlu qrabenlər) və mürəkkəb (qırışıqlıq sistemləri) avlakogen ayrılır. Eninə (qapalı) avlakogen bir tərəfi platformada tamamlanan (məsələn: Dnepr-Donets avlokogeni), digər tərəfi isə platforma sərhədindən kənara çıxan strukturlar və iki tərəfə çıxan – yəni platformanı başdan-başa kəsib keçən strukturlar (məsələn: Şimal Amerikada Uaçita sistemi) daxildir. Avlakogen platformanın müxtəlif inkişaf mərhələlərində, adətən, erkən inkişaf mərhələsində əmələ gəlir. Məsələn: Şərqi Avropa platformasında erkən avlakogen rifeydə, gec avlakogen isə Orta-Gec Paleozoyda əmələ gəlmişdir. == Yaxın terminlər == Qraben-sinekliz Tafrosinekliz Tafrogeosinklinal Zevqogeosinklinal Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

Digər lüğətlərdə