Kəsilmiş qulaq və qəlyanla avtoportret
"Kəsilmiş qulaq və qəlyanla avtoportret" (nid. Zelfportret met verbonden oor) — məşhur holland və fransız rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsmi. O, bu əsəri 1889-ci ilin yanvarında Arl şəhərində olduğu dövrdə çəkib.
== Yaradıldığı şərait ==
Gerçəkliyi həssas qavraması və ruhi müvazinətsizliyi Van Qoqu psixi xəstəliyə gətirib çıxarır. Qogen Arl şəhərinə qonaq gəlir, lakin yaradıcı fikir ayrılıqları mübahisə doğurur. Van Qoq rəssamın başına stəkanı atır, sonra, Qogen getmək niyyətini elan etdikdə ülgüclə onun üzərinə hüçum edir. Həmin günün axşamı dəlilik tutmasında rəssam qulağının sırğalığını kəsir.
== Rəsmin təsviri ==
Vinsent van Qoqun sifəti rəsmin böyük hissəsini tutur. Başı üçdə dörd sol tərəfə çevrilmişdir. O isti gödəkcə, nimdaş papağ geyinib.