AXDIRMAQ
AXICI
OBASTAN VİKİ
Axıcı Dizayn Sistemi
Axıcı Dizayn Sistemi (ing. Fluent Design System, kod adı "Project Neon") — 2017-ci ildə Microsoft korporasiyası tərəfindən Fluent Design System-inin yeni dizayn konsepsiyası təqdim edilib. Fluent Design System Windows 10 cihaz və platformaları üçün nəzərdə tutulub və beş sahəyə fokuslanır: İşıq, Həcm, Hərəkət, Material və Miqyaslılıq. Yeni dizayn dili ilə hərəkət, həcm və yarı şəffaflıq effektlərinin istifadəsi daha estetik olacaq. Axıcı Dizayn Sisteminin "Fall Creators" yenilənməsi ilə daha geniş istifadəsi gözlənilir, lakin Microsoft bu dizayn sisteminin "Fall Creators" yenilənməsi müddətində hələ başa çatmayacağını bəyan edib. Fluent Design System-dən istifadə ilə əməliyyat sisteminin radikal şəkildə dəyişəcəyi gözlənilir. Microsoft korporasiyası Axıcı Dizayn Sistemini 11 may 2017-ci ildə "Build 2017" konfransında proqramçılar üçün təqdim edib.
Axılkələk
Axalkalaki (gürc. ახალქალაქი/ახალი ქალაქი – «yeni şəhər»; erm. Ախալքալաք, translit. Axalkalak), həmçinin Axalkələk və ya Axılkələk (türk. Ahılkelek) — Gürcüstanın Samtsxe-Cavaxeti diyarında şəhər, Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi. Axalkalaki Cavaxeti yaylasının üzərində, dəniz səviyyəsindən 1,700 metr (5,600 ft) yüksəklikdə, Axaltsixe şəhərindən 74 kilometr (46 mil) Gürcüstanın Türkiyə ilə olan sərhədindən 30 kilometr (19 mil) uzaqlıqda yerləşir. 2014-ci ildə keçirilən əhali siyahıyaalmasına görə şəhər əhalisinin 93,8%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya imperiyasına keçmişdir. 4 yanvar 1900-cu ildə qəsəbədə gerçəkləşən bir zəlzəlınin nəticəsi olaraq 1.000-dən çox insan həlak olmuşdur. 2014-cü ildə keçirilən əhali siyahıyaalmasına görə qəsəbənin ümumi əhalisi 8.295 nəfərdir.
Axım
== Axım == Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. == Axım xəritələri == Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. == Axım modulu == Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Axım modulu
Axım xəritələri
Axın xətti
Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin yığılması zamanı ayrı-ayrı qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Axıncaçay
Axıncaçay - Kürün sağ qoludur. Suyu Azərbaycanın Gədəbəy, Tovuz və Ermənistanın Berd rayonu ərazilərindən axır. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km²-dir. Mənbəyini Kiçik Qafqazın şimal-şərq hissəsindən, Gədəbəy rayonu ərazisindəki Başkənd aşırımı yaxınlığından (1950 m) alır. Ermənistan ərazisində çaya sol tərəfdən Zamanlı (uzunluğu 12 km), Mehrab (uzunluğu 28 km), Tovuz rayonu ərazisində isə sag tərəfdən Əsrik (uzunluğu 48 km) çaylarının suları qovuşur. Çay Tovuz rayonu ərazisində Tovuzçaya qovuşaraq və Kür çayına tökülür. Çayın axımının 45%-i yağış, 25%-i qar, 30%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 7,3 kub m/san-dir. Axımın 56%-i yazda, 25%-i yayda, 11%-i payızda, 8%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,3kq/san, lillənməsi isə 41 q/kub m-dir.
Axıncaçay su anbarı
Axıncaçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində, Tovuz rayonu ərazisinin cənub-qərbində Axıncaçayın üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 42.5 m, bəndin uzunluğu 690 m və su anbarının ümumi həcmi 14 mln.m³-dur. Suvarma sahəsi 7400 ha-dır.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. == Etimologiyası == "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. == Tarixi == Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. == Tarixi == Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axıncılar
Axıncılar (türk. Akıncılar) — Sivas ilinin ilçəsi.
Axınla aşağı (film, 2014)
Axınla aşağı — filmi rejissor Asif Rüstəmov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi ona birlikdə xaricə getməyi təklif edir. Lakin Əlinin ailəsində faciə baş verir. Filmdə əsas rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Elmin İmamverdiyev, Teymur Məmmədov, Ülvi Paşabəyli, Gülşad Baxşıyeva, Telman Əliyev, Pərviz Bağırov və Eldar Bağırbəyov ifa edirlər. Film bir neçə festivalda mükafat almışdır. == Məzmun == Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Axını (Təbrizin Məhəlləsi)
Axıını - Təbrizin bir məhəlləsi. Axını (Farsça. آخینی) Təbriz, Cənubi Azərbaycan, məhəllələrindəndir. Axını Təbrizin şimali-qərbindədir. Əslində Təbrizin kəndlərindənmiş və çoxlu bağlar və zəmi yerləri varmış. Geçen otuz ildə Təbriz boyukləşərkən, Axını Təbrizə qarışmış və bağları və əkin yerlərinin hamısında binalar tikilmişdir. Bu məhəllə Hökmavar, Şam Qazan, Cəmşidabad və Qara Agac məhəllələrilə həmsayadır.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Axırıncı addım (film, 1989)
Axırıncı addım filmi rejissor Yavər Rzayev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. == Məzmun == Film cəmiyyət üçün ən təhlükəli problemlərdən birinə-özünəqəsdə, onun sosial köklərinin araşdırılmasına həsr olunmuşdur. == Festival və mükafatlar == 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə Priz və Ən yaxşı operator işinə görə Priz almışdır. == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Axırıncı aşırım (film, 1971)
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir. == Məzmun == Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
Axırıncı dayanacaq (film, 2014)
Axırıncı dayanacaq tammetrajlı bədii filmi rejissor Fikrət Əliyev tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qocalar evində baş vermiş tragikomik hadisələrdən bəhs edir. İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmdə əsas rolları Tofiq Hüseynov, Arif Quliyev, Qorxmaz Əlilicanzadə, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı ifa edirlər. == Məzmun == İronik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. İlk epizodda avtobusdan düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində itirdiyi sevgilisi Lətifəni (Zemfira Sadıqova) tapacaq Kərim (Kərim Məmmədov) əsas dramaturji hadisədən kənarda qalmaqla ən azı mətn çatışmazlığı ucbatından səbəb-nəticə əlaqəsi sayılan süjet kontekstində mövcud olsa da, mühitin ilkin təqdimatında mühüm rol oynayır. Kapitanın (Tofiq Hüseynov) yaddaşsızlıq ucbatından itirdiyi min manatın tapılması üçün keçmiş sahə müvəkkili Qəmbərlə (Qorxmaz Əlilicanzadə) onun əlaltısı Tapdığın (Arif Quliyev) cinayətkarın tutulması üçün əməliyyat cəhdləri komediya elementlərini üzə çıxarır.
Axırıncı hava maqı
«Sonuncu hava maqı» (ing. The Last Airbender) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının 1-ci sezonu (Birinci kitab: Su) əsasında M. Nayt Şyamalan tərəfindən çəkilən bədii film. Film 2D və 3D formatlarında çəkilmişdir. == Qəbulu == Film həm kino təndiçiləri, həm orijinal serialın fanatları, həm də ümumi tamaşaçılar tərəfindən sərt tənqid olunub. Onun Rotten Tomatoes saytındaki 190 resenziyaya əsaslanan təsdiq reytinqi 5%-dir və ortalama qiyməti 2,78/10-dır. Beləliklə, bu film, bu günə qədər həm Nickelodeon Movies-in həm də Şyamalanın ən aşağı qiymətli filmidir. == Maraqlı faktlar == Əvvəlcə müəlliflər filmi cizgi serialla eyni — "Avatar: Axırıncı hava maqı" (ing. Avatar: the Last Airbender) adlandırmaq istəyirdilər. Lakin, həmin vaxt Ceyms Kemeronun "Avatar" filmi ekranlara çıxdığı üçün filmin adını dəyişmək qərarına gəldilər.
Axırıncı maqın sonu (film, 1974)
Axırıncı maqın sonu qısametrajlı bədii süjeti rejissor Cəmil Fərəcov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Rolları Hamlet Qurbanov, A. Qasımov və Muxtar Maniyev ifa edirlər. == Məzmun == Filmdə bəzi vəzifəli şəxslərin özbaşınalığı tənqid olunur.
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Axırıncı reys (film, 1989)
Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər. == Məzmun == Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.
Axısqa Türkləri
Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (türk. Ahıska Türkleri; gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır. İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir.
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.

Digər lüğətlərdə