Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruh və bədən haqqında təsəvvür
Ruh və bədən haqqında təsəvvür (it. Rappresentatione di anima et di corpo) Emilio de Kavalyerinin yazdığı musiqi əsəri, libretto müəllifi Aqostino Manni olmuşdur. Bu əsərlə Kavaleyri özünü ilk opera və ya oratoriyanın müəllifi hesab edirdi. O, ilk dəfə 1600-cü ilin fevral ayında Romada, Santa Maria in Valliçella kilsəsinə məxsus Oratorio dei Filippinidə göstərilmişdir. Əsərin süjeti Zaman, İdrak, Ruh, Bədən və başqa təcəssümlərin həyatın mənası üstündə mübahisələrindən ibarətdir.
Dünya iradə və təsəvvür kimi (əsər)
Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri. == Ümumi məlumat == Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur. Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir. Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır. Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır. Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.
Təsəvvüf
Sufilik (ərəb. صوفية‎) və ya Təsəvvüf (ərəb. تصوف‎) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır.
Azərbaycanda təsəvvüf
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir. Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.
"Təşəkkür" medalı (Ermənistan)
Təşəkkür medalı və ya Minnətdarlıq medalı - Ermənistan Respublikasının Dövlət Mükafatıdır. 2014-cü ildə təsis edilib. ER Milli Assambleyası tərəfindən 21 iyun 2014-cü ildə qəbul edilmişdir. ER Prezidenti tərəfindən 18 iyul 2014-cü ildə imzalanmışdır. “Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında” ER qanununa əsasən Avqustun 9-dan qüvvəyə minib. == Medal statusu == 2014 Qəbul edilmiş qanuna əsasən, “Təşəkkür” medalı dövlət, iqtisadi, sosial, elmi-texniki, ictimai fəaliyyətin, səhiyyənin, təhsilin, mədəniyyətin inkişafında böyük şəxsi töhfəsinə, uzun illər fədakarlığına və səmərəli əməyinə görə təltif edilir . 2015 “Dövlət mükafatları və fəxri adlar haqqında Ermənistan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında” Ermənistan Respublikasının Qanunu aprelin 7-də Ermənistan Respublikasının Prezidenti tərəfindən imzalanmış Ermənistan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 22 aprel, mayın 7-də qüvvəyə minmişdir . Müvafiq olaraq, “Təşəkkür” medalı həm də Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasında müstəsna xidmətlərinə görə verilir. Ermənistan Konstitusiyasının 55-ci maddəsinin 16-cı bəndinə əsasən, medal Ermənistan Respublikasının Prezidenti tərəfindən verilir.
Təşəkkür medalı (Ermənistan)
Təşəkkür medalı və ya Minnətdarlıq medalı - Ermənistan Respublikasının Dövlət Mükafatıdır. 2014-cü ildə təsis edilib. ER Milli Assambleyası tərəfindən 21 iyun 2014-cü ildə qəbul edilmişdir. ER Prezidenti tərəfindən 18 iyul 2014-cü ildə imzalanmışdır. “Ermənistan Respublikasının dövlət mükafatları və fəxri adları haqqında” ER qanununa əsasən Avqustun 9-dan qüvvəyə minib. 2014 Qəbul edilmiş qanuna əsasən, “Təşəkkür” medalı dövlət, iqtisadi, sosial, elmi-texniki, ictimai fəaliyyətin, səhiyyənin, təhsilin, mədəniyyətin inkişafında böyük şəxsi töhfəsinə, uzun illər fədakarlığına və səmərəli əməyinə görə təltif edilir . 2015 “Dövlət mükafatları və fəxri adlar haqqında Ermənistan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında” Ermənistan Respublikasının Qanunu aprelin 7-də Ermənistan Respublikasının Prezidenti tərəfindən imzalanmış Ermənistan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 22 aprel, mayın 7-də qüvvəyə minmişdir . Müvafiq olaraq, “Təşəkkür” medalı həm də Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasında müstəsna xidmətlərinə görə verilir. Ermənistan Konstitusiyasının 55-ci maddəsinin 16-cı bəndinə əsasən, medal Ermənistan Respublikasının Prezidenti tərəfindən verilir.
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.
Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar (film, 1995)
«Vonq Fuya hər şeyə görə təşəkkür! Culi Nyumar» (ing. To Wong Foo, Thanks for Everything! Julie Newmar) — rejissor Biban Kidron tərəfindən 1995-ci ildə komediya janrında ekranlaşdırılan film. Baş rolda Patrik Sueyzi, Uesli Snayps və Con Legizamo oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 8 sentyabr 1995-ci ildə baş tutmuşdu. İki transvestit kişi olan Noksima "Nokszi" Cekson (Uesli Snayps) və Vida Bohema (Patrik Sueyzi) transvestit yarışmasında qalib gələrək, Hollivuda getmək şansı qazanırlar. Lakin yarışmada uduzan gənc Çi-Çi Rodrigez (Legizamo) pilləkəndə oturaraq ağlayır. Vida ilə Noksi bu zaman qrim otağına gedirlər və təsadüfən onunla rastlaşırlar. Vida rəfiqəsi Noksinin bütün etirazlarına baxmayaraq, əsl "kraliça" kimi Hollivuda yeni tanış olduğu Çi-Çini də aparmağı qərara alır.