1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?
2. Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq.
– Ey xuda, kim çəkər axırda gülabın o gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür.
Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı.
Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar.