Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çökərə
Çökərə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 28 nəfərdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Çoqara kəndi Çökərə kəndi adlandırılmışdır.
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı); Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. Şəhir, Qafqaz dağlarının ətəyində Kuban çayının sahilində yer almaqdadır. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Nişikava Coken
Nişikava Coken (西川 如見, 1648, Hizen əyaləti[d], Saykaydo[d] – 1724) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır. == Həyatı == Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb. "Ulduz və yer qlobusları haqqında materialların izahı"‎) əsərini yazmışdır.