1. Hərəkət edərək, yeriyərək, addımlayaraq irəliləmək, yer dəyişmək, ötüb getmək. Yolla keçmək. Səki ilə keçərkən yoldaşımı gördüm.
// Bir sahənin, yerin içindən, ortasından ötüb getmək. Meşədən keçmək. Kənddən keçmək.
// Ayaq və ya miniklə ötüb keçmək, yeriyərək bir şeyi arxada buraxmaq.
// Sərhəd, mərz və s.-ni addamaq, aşmaq, addayıb keçmək. Mərzi keçmək.
// Bir şeyin üstü və ya içi ilə yeriyərək, gedərək onu arxada buraxmaq. Tuneldən keçmək. – Keçmə namərd körpüsündən, qoy aparsın su səni. ( Ata. sözü ).
2. Yaşadığı, olduğu yeri dəyişmək, öz yerini dəyişmək.
// Vəzifəsini, sənətini, işini, yaxud iş yerini, oxuduğu yeri dəyişmək. Başqa işə (vəzifəyə) keçmək. Tarix fakültəsinə keçmək.
// Bir sinfi (kursu) bitirərək sonrakına daxil olmaq. Universitetin üçüncü kursuna keçmək. 10-cu sinfə keçmək.
3. Olduğu yeri tərk edib başqa yerə çəkilmək, girmək, daxil olmaq, içəri girmək. Kabinetə keçmək. Zala keçmək.
4. Birisini tərk edərək başqasına qoşulmaq, onunla birləşmək. Düşmən tərəfinə keçmək. Başqa cəbhəyə keçmək.
// Dinini, əqidəsini dəyişib yeni din, əqidə qəbul etmək.
5. dan. Bir təşkilata, dərnəyə qəbul olunmaq, daxil olmaq, girmək, üzv olmaq. Partiyaya keçmək.
6. Tərzi-hərəkətini dəyişmək, başqa cür hərəkət etməyə başlamaq. Müdafiədən hücuma keçmək. Qabaqcıl iş üsullarına keçmək.
// Bir şeyin yerinə başqasını tətbiq etməyə başlamaq. Ciddi pəhrizə keçmək. Müsahibim birdən rus dilinə keçdi.
7. Bir məsələni, işi bitirib, yaxud yarımçıq qoyub başqasına başlamaq. Daha yüngül işə keçmək. Məruzə bitdikdən sonra müzakirələrə keçdilər.
8. Yer tutmaq, bir yerdə qərar tutmaq, dayanmaq. Məruzəçi tribunanın dalına keçdi. Usta dəzgahın arxasına keçdi.
9. Müəyyən həddi ötmək, ötüb keçmək.
// Ötüb-keçmək, başa çatmaq (vaxt haqqında). Günlər keçir, həftələr dolanır, aylar başa çatır. “M.N.
□ Gəlib keçmək – ötmək.
10. Cərəyan etmək, müəyyən müddət bir yerdə qalmaq, olmaq. …Dabbağ qəribə bir adam idi.
11. Davam etmək, olmaq.
12. Məşğul olmaq, öyrənmək.
13. Davam edərək müəyyən nəticə ilə bitmək, sona çatmaq. Mitinq çox gurultulu keçdi. İmtahanlar müvəffəqiyyətlə keçdi. Məşğələ çox maraqlı keçdi.
14. Bir şeyin (oxumağın, təlimin, müalicənin və s.) müddətini başa vurmaq, yerinə yetirmək. Hərbi xidmət keçmək. Kurs keçmək. Təcrübə keçmək. Müalicə kursu keçmək.
15. Oxumaq, öyrənmək. Dərs keçmək.
16. İrəlidə olmaq, ötmək.
□ Bir-birini keçmək – bir-birini ötmək üçün yarışmaq.
// məc. Ötmək, ötüb keçmək, geriyə buraxmaq. Şagird ustasını keçdi. O bizi çoxdan keçib.
17. Uçub getmək, uçaraq ötmək. Bir dəstə quş damın üstündən keçdi.
18. Yox olmaq, çəkilmək. Üzündəki təbəssüm işartısı birdən keçdi. Başının ağrısı keçdi. Uşağın qızdırması keçdi.
// Kəsmək, kəsilmək, dayanmaq, nəhayətlənmək. Axşamdan yağan yağıntı keçdi. Fırtına keçdi.
19. Birisinin sərəncamına, ixtiyarına verilmək, birisinə çatmaq, onun malı olmaq. Mülk varislərin ixtiyarına keçdi.
20. məc. Birindən o birinə sirayət etmək (adət, ənənə, xasiyyət və s. haqqında).
// Eyni mənada xəstəlik haqqında. Qızılca uşağa keçdi.
// Yayılmaq, başqalarını əhatə etmək. Yanğın qonşu evlərə keçdi.
21. məc. Təsir etmək, nüfuz etmək, işləmək. Şaxta (soyuq) adamın iliyinə keçir.
22. Yoxlamaya, müayinəyə və s. uğramaq. Karantindən keçmək. Müayinədən keçmək. Attestasiyadan keçmək.
23. məc. Bağışlamaq, sərfi-nəzər etmək, əfv etmək. Mənə etdiyin pislikdən keçirəm. Günahından keçmək.
24. məc. Müzakirə, səsvermə nəticəsində qəbul olunmaq, təsdiq edilmək, seçilmək. Bir səslə keçmək. Səsvermədən keçməmək. Namizəd keçmədi.
25. Dəyişmək (paltar, geyim və s. haqqında). Qış paltosuna keçmək. Papağa keçmək. Yay paltarına keçmək. Qış formasına keçmək (hərbi ifadə).
26. məc. Güzəşt etmək, bağışlamaq, əvəzini istəməmək, vaz keçmək, sərfi-nəzər etmək. Haqqından (iddiasından) keçmək.
// Fəda etmək, əl çəkmək. Mənafeyindən keçmək.
27. Yaramaq, qüvvədə olmaq, təsirdə olmaq. Köhnə pullar indi keçməz. Onun hökmü daha keçmir.
28. İnkar formasında: keçməmək, keçə bilməmək – birinə hörməti olduğuna görə onun xilafına iş görməmək. [Səfər bəy:] Görünür ki, Qonça xanıma [Molla Abış] özü də vurulubdur.
29. Keçib, keçibdir, keçmişdir şəklində – olub-bitmiş bir iş, hadisə və s. haqqında (adətən güzəşt mənasında işlənir).
30. Keçib-getmək şəklində – 1) ötübgetmək.
2) yox olmaq, silinib getmək, yaddan çıxmaq, unudulmaq. [Toğrul:] Bunların hamısını bir tərəfə qoy, mənə tənə vurma, bu yəhərin üstündə çox pəhləvanlar oturubdur.
31. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb fel və ifadələr düzəldilir; məs.: başından keçmək, canından keçmək, pisliyi keçmək, ələ keçmək.