Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Perikraton çökəlmə
Perikraton çökəlmə – platformanın, onunla həmyaş geosinklinal vilayətin sərhədi boyu bir neçə geoloji dövr ərzində mövcud olmuş və qalın çökmə süxur seriyası ilə dolmuş uzunmüddətli çökəlmə zonası. Xainə görə (1964), perikraton çökəlmə bünövrə yatımının kəskin gömülmüş va daha cavan çöküntülər inkişaf etmiş (çökmə örtüyü) enli (1000 km-dək) zolağı. Qalxan və plitələrdən sonra bünövrənin üçüncü pilləsini təşkil edən bu zolaqlar, adətən plitələrdən bünövrə yarıqları sistemi ilə ayrılır. Kənar çökəklər perikraton çökəlmə xarici hissəsində təşəkkül tapır və çox vaxt birincilərin alt struktur mərtəbəsini təşkil edir. == Həmçinin bax == Platforma Çökmə süxurlar Çökək == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Böqelmə
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. == Əhalisi == Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. == Coğrafiyası == Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Somelye
Somelye (fr. sommelier, [sɔməlje]) və ya saqi — şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi. Somelye şərab xəritəsini tərtib edir, şərabın dequstasiyası ilə məşğul olur və müştərilərə seçim etməkdə kömək etmək üçün rəy bildirir. Somelyelərin öyrədilməsi xüsusi məktəblərdə həyata keçirilir, bu məktəblərdə şərabçılıq tarixi ilə yanaşı gələcək somelyelərə müxtəlif şərablardan qatışıq buketlər hazırlamaq kimi bacarıqlar da öyrədilir. Nəticədə peşəkar somelyelər şərabın qoxusuna görə onun keyfiyyətini, üzümün növünü və bəzən hətta onun hansı regiona məxsus olduğunu, yaşını müəyyən edə bilirlər. Fransa somelyelər ittifaqı bu sahədə 10 ildən artıq təcrübəsi olan şəxslərə «peşəkar somelye» adını verir. Ən azı 15-20 il somelye təcrübəsi olanlar beynəlxalq çempionatların qalibləri olurlar. == Tarixi == Qədim fransız dilində sommereier (someryer) sözü "yük heyvanının nəzarətçisi" mənasını verirdi, belə ki, orta əsrlərdə yükün (yatağın, qab-qacağın, yemək və şərab zirzəmisinin) daşınmasına görə cavabdeh olurdu. Lakin 17-ci əsrin sonlarından etibarən somelyelər ancaq sahiblərinin şərablarını seçmək və qorumaqla məşğul olmağa başladılar. O zamandan etibarən bu vəzifə transformasiyaya uğrayaraq indiki şəklini aldı.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.