Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağ çürümə
Ağ çürümə – bitkilərin göbələk xəstəliyi. Törədicisi Sclerotinia libertiana göbələyidir. İnfeksiya mənbəyi səpin və əkin materialı, torpaq , bitki qalıqlarıdır. Xiyar, kələm, qabaq, sarımsaq, yerkökü, günəbaxan, tütün, çətənə, paxla, tərəvəz və s. bitkilərə yoluxur. Əsasən, vegetasiya dövründə və saxlanma zamanı baş verir. Meyvə köklü bitkilərin toxumluqlarına böyük zərər verir. Zədələnən orqanlar üzərində əmələ gələn sulu, qonur ləkələr qara sklerosili pambıgabənzər ağ kiflə örtülür. === Mübarizə tədbirləri: === Düzgün növbəli əkinə riayət etmək, məhsulu vaxtında yığmaq və düzgün rejimdə saxlamaq; istixananın havasını rütubətləndirmək. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Çürütmə
Çürütmə Təbrizin ən dadlı və əski ənənəvi şiriniyyatlarından biridir ki onun hazırlanma qaydası Eris kimindir, ancaq Erisdən daha bərk və quru olmalıdır.Eramızda Çürütmənin az hazırlamasına görə Təbrizin az tapılan və bahalı şiriniyyatlarından biri sayılır.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır.Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Çurum Meru
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.