ÇƏRTMƏK

f.
1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək. Həkim yaranı çərtib, irini çıxardı.
– Məhərrəmlikdə kərbəlayı altıaylıq uşaqların başını çərtirdi… Çəmənzəminli.

// Keçmişdə: qan almaq və b. məqsədlə bədənin bir yerini iti bıçağın ucu ilə azacıq kəsmək.
2. Misgərlik, zərgərlik və b. sənətlərdə xüsusi alətlə çərtik açmaq.
3. Yonmaq, ucunu itiləmək. Karandaşı çərtmək. – [Salmanov:] Mən heç yazmağa başlamamışam.
Bayaqdan qələmi çərtirdim. S.Rəhman.

4. məc. Üstüörtülü danışmaqla sataşmaq, toxunaqlı söz atmaq; sancmaq.
[Mirbalayev:] İkincisi də … o nə sözdür, çərtirsən? İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇƏRTMƏK buraxmaq — dartmaq
  • ÇƏRTMƏK cücərmək — göyərmək
  • ÇƏRTMƏK kəsmək — doğramaq — kərtmək — çapmaq — yapmaq — qəddəmək

Omonimlər

  • ÇƏRTMƏK ÇƏRTMƏK I f. Yonmaq. Uşağın karandaşlarını çərtib özünə verdim. ÇƏRTMƏK II f. Qan almaq məqsədilə ülgüclə bədənin müəyyən hissəsini kiçik düz xətlə yü
ÇƏRTMƏ
ÇƏTƏ

Digər lüğətlərdə

айсо́рский балага́нчик диагра́мма завью́чивать издира́ть краткосро́чный наро́дно-патриоти́ческий переморо́зиться ру́мпель фелинологи́ческий энерговооружённость дитя́ зазы́вный кой-когда́ отдои́ться подбо́йный подка́пливать пелгас allopolyploid anagoge petroglyphic tailback воспрещаться крыльцо эмиграция