Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəmirəm
Şəmirəm - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Səmimə Laçın
Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası. == Həyatı == Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var. == Filmoqrafiya == Məhkumlar (film, 2012) – Tünzalə Toy gecəsi (film, 2013) - Cəvahir Göyçək fatimə (film, 2014 – Xavər Sevgi naminə (film, 2015) - Nara. Taksi parkı (film, 2014 –Zinyət Tək olanda qorxma...
Çekdirmə
Çekdirmə və ya Çekdirme türkmənlərin milli yeməklərindən biri. Bu Yemək qazanda bişirilir. Hazırlanması üçün düyü, quzu əti, dövmə pomidor və soğan, yağ, su, duz və istiot istifadə olunur. Xırda-xırda doğranmış soğanları qovurduqdan sonra xırda doğranmış ətləri qızardırlar, sonra dövmə pomidor əlavə edirlər. Sonra suyu əlavə edib əti qaynamağa buraxırlar. Sonra su ilə örtülməli olan düyü tökürlər. İstiliyi azaldırlar və düyü bişənə qədər yeməki tərk edirlər.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edər. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Çəmmə (Sultaniyə)
Çəmmə (fars. چمرود‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (11 ailə).
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Cemre
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə - Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Cəmiran (Ərdəbil)
Cəmiran — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimal-qərbdədir.
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cəmilə (ad)
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Cəmilə (dəqiqləşdirmə)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. Cəmilə — Əlcəzair ərazisində yerləşən Qədim Roma şəhəri.
Cəmilə (povest)
Cəmilə — 1958-ci ildə yazıçı Çingiz Aytmatov tərəfindən yazılan povest. == Süjeti == Budur, mən yenə sadə bir haşiyəyə salınmış bu kiçik şəklin qabağındayam. Sabah səhər ailə getməliyəm, ancaq ona baxmaqdan hələdə doya bilmirəm. Elə bil şəkil mənə xeyir-dua verəcəkdir. Onu hələ heç bir sərgiyə verməmişəm. Bundan başqa, qohumlarim aildən yanima gəldikdə də onu gizlətməyə çalişiram. Şəkildə utanmalı bir şey yoxdur, ancaq, bununla belə,o, sənət əsəri olmaqdan çox uzaqdır.Şəkil onda təsvir olunmuş torpağın özü qədər sadədir. Şəklin dərinliyində boz payızın səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. İlk planda tünd qırmızı yovşanli step uzanır.
Cəmilə (roman)
Cəmilə — Orxan Kamalın yazdığı roman. == Məzmun == Çox gənc yaşlarında həyat mübarizəsi ilə qarşılaşan Orxan Kamal ürəyində iz buraxan hər şeyi ədəbiyyata köçürüb. Yaşadıqları, şahidi olduqları, müşahidə etdikləri qələminin ucunda hekayəyə, romana, tamaşaya, şeirə çevrildi. O, həyatı çox sadə dildə təsvir etsə də, sanki ustad rəssamın fırçası ilə çəkirdi. Halbuki o, ağrı-acı, çarəsizlik və yoxsulluğu təsvir edərkən belə, misraları arasında həmişə yaşamaq sevinci, ümid var idi. "Cəmilə" Orxan Kamalın həyatından sətirləri aşıb-daşdıran bir romandır. Arxa planda 1934-cü ildə Adanada bir kasıb fəhlə məhəlləsi və işçilərin dolanışıq mübarizəsi izah edilir; Bosniyalı gözəl qız, fəhlə Cəmilə ilə ayda 24 lirə 95 kuruş cəza alan Katib Necatinin sevgi hekayəsi. Orxan Kamal öz qəhrəmanlarını və yaşadıqları mühiti özünəməxsus realizmi ilə təsvir edərkən, cəmiyyətin bütün yoxsulluğuna, düşmənçiliyinə, prinsipsizliyinə, duyarsızlığına qarşı insanları ayaqda tutan həmrəylik və dostluq bağlarının möhkəmliyini vurğulayır. == Xarici keçidlər == Cemile — Orhan Kemal Cemile Cemile "Qanun Nəşriyyatı".
Cəmilə (şəhər)
Cəmilə (ərəb. جميلة‎) — Əlcəzairin şimal-şərqində, Təll-Atlas diyarında, Setiv vilayətində kənd. Eramızın 96–97 illərində Qədim Romanın bərbərlərlə mübarizəsi zamanı hərbi koloniya və istehkam kimi salınmış Kuikul şəhərinin yerində yaranmışdır. Şəhərin çiçəklənmə dövrü II əsrin ortaları – IV əsrə, Roma əyaləti Numidiyanın iri mərkəzi olduğu vaxta təsadüf edir. III əsrdə əhalisinin sayı 20 min nəfərə çatmışdı. 455-ci ildə vandallar tərəfindən tutulmuş, 533-cu ildə bizanslılar tərəfindən geri alınmışdır. VI əsrin sonlarında şəhərin tənəzzülü başlamışdı. 1909-cu ildən etibarən Cəmilədə müntəzəm qazıntılar aparılır. Qədim şəhərin şimal hissəsi müntəzəm planlıdır: hər iki tərəfində sıra sütunlar olan enli döşənmiş əsas küçə, Köhnə forumun, bazar, Venera məbədi və yaşayış evlərinin xarabalıqları aşkar olunmuşdur. Şəhərin bayırında 3 min nəfər tamaşaçı yeri olan teatr binası (161), Kommod termaları (183–185), Karakalla tağı (216), Severlərin forumu, Apsidalı ev, fəvvarələr inşa edilmişdi.
Cəmilə Allahverdiyeva
Cəmilə Telman qızı Allahverdiyeva — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Fəxri Mədəniyyət İşçisi, Azərbaycanın əməkdar artisti (2018) == Həyatı == Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabrda Sumqayıt şəhərində anadan olub, 33 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur. O, Firidun Qurbansoy və Bəhram Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Dürat, Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında Fitnə Cadu, Hamhamə, Çilli, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Göyçək Fatma, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında Bəsti nənə, Ana, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Gülbahar, Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında Mərcan, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Hadı, Rəhman Əlizadənin «Qız qalası» tamaşasında Dilbər, Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında Misket balığı, Rəhman Əlizadənin «Fantaziya» Zibeydə, «Tülkünün uçuşu» tamaşasında Hacıleylək, Federiko Qarsiya Lorkanın «İlbizin mahnısı» tamaşasında İlbiz rollarını ifa edib. 2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Məkrlilərin vəkilləri» (R.Əlizadə) Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) Fəridə, «Dünyanın axırı» (R.Əlizadə) III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq) Hacıleylək, «Sara xatun» (N.Saraclı) Xanbikə, «Su Pərisi» (F.Mustafa) Su Pərisi. 2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb. (K.Qotsi) "Turandot" tamaşasında Turandot, (V. Şekspir) "Yay gecəsində yuxu" Bədləkər, İppolita, Titaniya, "Xeyir və Şər" (N. Gəncəvi) Şər, "Dünya gözəli" (A. Şaiq) Dünya gözəli, Simurq, "Quşcuğaz" (N.Ağayev) Nağılçı, Eybəcər, Ahu, Emma, Səriyyə nənə, "Pinokkionun sərgüzəştləri"(K.Kolladi) Tülkü, "Sindbadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) Fatma, Şəms Qəmər, Şah, "Sehrbaz qadın" Qız, "Dəli Domrul" (səhnələşdirəni, quruluşçu-rejissoru R. Əlizadə) Xatun, Ana, "Qoğal" (rus xalq nağılı) Qoğal, "Sehirli üzük" Qız kəpənək, "Tıq-tıq xanım" (A. Şaiq) tamaşasında Tıq-tıq xanım, "Çəkməli Pişik"(Ş. Perro) Xoruz, "Oyaq gözəl"(V.İlyuxov) Qorxaq matros, "Qırmızı Papaq"(Ş.Perro)tamaşasında Qırmızı Papaq, "Unudulmuş Kukla" S.Sveyqin "Yad qadını məktubu" novellası əsasında mono tamaşa, "Pişiyin evi" (S.Y.Marşak) Pişik xanım, "Turp"(rus xalq nağılı) Müqəvva, "Maşa və Ayı" Maşa, "Yeddi nar çubuğu"(Z.Rüfətoğlu) Xatun, Şahın oğlu, "Düyməcik"(H.X.Andersen) Düyməcik və s. tamaşalarında rolları ifa etmişdir. == Mükafatları == 2011- ci ildə Teatr Xadimləri İttifaqında keçirilən ustad qiraətçi Həsən Əbluçun xatirəsinə həsr olunmuş "Hər şeydən yüksəkdir sözün məqamı" müsabiqədə qiraət üzrə II yer ilə təltif olunub. 2013- cü ildən "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Cəmilə Atayeva
Cəmilə Atayeva (1946, Bakı) — Azərbaycan aktrisası. == Həyatı == Cəmilə Şamil qızı Atayeva 1946-cı ildə Bakıda anadan olub. Xoreoqrafiya məktəbini bitirib. 1962-ci ildən səhnədədir. Bir qədər Opera və Balet Teatrında çalışdıqdan sonra Musiqili Komediya Teatrının aparıcı solisti olub. Müxtəlif kinostudiyalarda çəkilmiş "Hava məbədi", "Silahlı çox təhlükəlidir", "Tehran-43", "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib. Hazırda Nizami kinoteatrında nəzarətçi işləyir.
Cəmilə Bayramova
Cəmilə Əsədulla qızı Bayramova (d. 20 iyul 1957, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1975). 1975-1991 illərdə Azərb. Dövlət Rəqs Ansamblında işləmişdir. 1999 ildən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqasə işləyir. Xəzər Universiteti qızlardan ibarət rəqs ansanblını yaratmış, orada müəllimlik etmişdir.
Cəmilə Cabbar
Cəmilə Cabbarova (1978, Bakı) — pianoçu. == Həyatı == 1978-ci ildə Bakıda anadan olmuş Cəmilə xanım indi İzmir Opera Teatrında çalışır. Hazırda Türkiyənin Zafer Erdaş, Tuncay Kurtoğlu və Tevfik Rodosdan ibarət ən güclü opera üçlüyünün ("Üç Bas") çıxışlarını müşayiət edən Cəmilə Cabbarova sonuncu dəfə fevralın 2-də Ankarada səhnəyə çıxıb. Həmin gün Ankara Dövlət Opera və Balet Teatrında "Üç Bas"ı müşayiət edən Cəmilə Cabbarova yenidən qardaş ölkə mətbuatının gündəminə düşüb. Konsertdə Cəmilə xanımın müşayiəti ilə qardaş ölkənin üç ən güclü səsinin ifasında klassik Qərb və Şərq musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa olunub. == Cəmilə Cabbarovanın dosyesi == 32 yaşlı pianoçu xanım nə az, nə çox, düz 14 il Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 6 yaşından piano sinfinə gedən Cəmilə xanım 1996-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Dilarə Mirzəquliyevanın sinfində oxuyan Cəmilə Cabbarova, 2000-ci ildə Oqtay Abbasquliyevin tələbəsi olaraq, Bakı Musiqi Akademiyasından məzun olub. 2002-ci ildə doktoranturanı bitirərək, 2003-cü ildə Moskva Dövlət Konservatoriyasında master-klasslara qatılıb. 2004-cü ildə Almaniyada "İstedadlı musiqiçilər" adlı master-klassa qatılan Cəmilə xanım 6 mövsümdür ki, İzmir operasında çalışır, Türkiyədə və Avropanın bir çox ölkələrində saysız-hesabsız konstertlərdə iştirak edir.
Cəmilə Cabbarova
Cəmilə Cabbarova (1978, Bakı) — pianoçu. == Həyatı == 1978-ci ildə Bakıda anadan olmuş Cəmilə xanım indi İzmir Opera Teatrında çalışır. Hazırda Türkiyənin Zafer Erdaş, Tuncay Kurtoğlu və Tevfik Rodosdan ibarət ən güclü opera üçlüyünün ("Üç Bas") çıxışlarını müşayiət edən Cəmilə Cabbarova sonuncu dəfə fevralın 2-də Ankarada səhnəyə çıxıb. Həmin gün Ankara Dövlət Opera və Balet Teatrında "Üç Bas"ı müşayiət edən Cəmilə Cabbarova yenidən qardaş ölkə mətbuatının gündəminə düşüb. Konsertdə Cəmilə xanımın müşayiəti ilə qardaş ölkənin üç ən güclü səsinin ifasında klassik Qərb və Şərq musiqiləri ilə yanaşı, Azərbaycan mahnıları da ifa olunub. == Cəmilə Cabbarovanın dosyesi == 32 yaşlı pianoçu xanım nə az, nə çox, düz 14 il Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 6 yaşından piano sinfinə gedən Cəmilə xanım 1996-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Dilarə Mirzəquliyevanın sinfində oxuyan Cəmilə Cabbarova, 2000-ci ildə Oqtay Abbasquliyevin tələbəsi olaraq, Bakı Musiqi Akademiyasından məzun olub. 2002-ci ildə doktoranturanı bitirərək, 2003-cü ildə Moskva Dövlət Konservatoriyasında master-klasslara qatılıb. 2004-cü ildə Almaniyada "İstedadlı musiqiçilər" adlı master-klassa qatılan Cəmilə xanım 6 mövsümdür ki, İzmir operasında çalışır, Türkiyədə və Avropanın bir çox ölkələrində saysız-hesabsız konstertlərdə iştirak edir.
Cəmilə Həsənzadə
Cəmilə Yusif qızı Həsənzadə (7 dekabr 1947, Bakı – 27 avqust 2022, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi. == Həyatı == Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi. 1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.Azərbaycan, rus, fransız, ingilis dillərini bilirdi. == Yaradıcılığı == === Kitablar === Müxtəsər incəsənt tarixi (1999) "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyası (1999) Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XIV - I половина XVI вв.). Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq. Elmi red.: K. C. Kərimov; Rəyçilər: N. İ. Rzayev.- B.: Nafta-Press, 2001.- 195 s. Təbrizin sehrli nağılları (2014) === Məqalələr === Прошлое и настоящее азербайджанского искусства. Джамиля Гасанзаде.
Cəmilə Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. == Həyatı == Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.