Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çəpkən
Çəpkən — Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır. == Pullu çəpkən == Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur.
Sərkeş
Sərkeş (Culfa)
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Xətkeş
Xətkeş — həndəsi qurmada və xətti ölçmədə işlədilən, üzərində bölgüləri olan riyazi alət. Loqarifmik xətkeş xüsusi olaraq hesablamalar üçün hazırlanmışdır.
Kəlkeş (Miyanə)
Kəlkeş (fars. كلكش‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).
Loqarifmik xətkeş
Loqarifmik xətkeş — 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) tərəfindən yaradılmış və hesab əməllərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan xətkeş. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmanın hesablanması və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir. 1622-ci ildə ingilis riyaziyyatçı Vilyam Otred (William Oughtred) loqarifmik xətkeşi yaratmışdır. Dörd hesab əməli ilə yanaşı, qüvvətə yüksəltmə əməlini, loqarifmi və bəzi başqa əməliyyatları da yerinə yetirən bu xətkeş hesablama işlərini olduqca sadələşdirmişdir.
Sərkeş (Culfa)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sərkeş (Vərzəqan)
Sərkeş (fars. سركش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 224 nəfər yaşayır (53 ailə).
Aşağı Tərkeş (Piranşəhr)
Aşağı Tərkeş (fars. تركش سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Yuxarı Tərkeş (Piranşəhr)
Yuxarı Tərkeş (fars. تركش عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 481 nəfər yaşayır (72 ailə).
Kərkəs
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Xepreş
Xepreş — Qədim Misirin Yeni padşahlıq dövrünə aid hökmdar tacını adı. Xepreş "Mavi tac" və ya "Cəng tacı" mənasını da daşıyır. Bu taca adətən tarixi kitabələrdə təsvir olunmuş döyüş arabasında ova və ya döyüşə gedən firon hökmdarların başında rast gəlinir.
Çəpgən
Çəpgən – lat. pallium, kütləsi ağ maddədən təşkil olaraq xaricdən böyük beyin qabığı – lat. cortex cerebri ilə örtülüdür. Çəpgən xarici səthi şırımlar – lat. sulci cerebri vasitəsilə paylara – lat. lobi cerebri, paycıqlara – lat. lobuli cerebri və qırışıqlara – lat. gyri cerebri bölünür. Şırım və qırışıqların forması, ölçüsü və vəziyyəti çox tərəddüd edir; adətən kiçik şırımların və böyük şırım şaxələrinin vəziyyəti az sabit olur. Beyin şırımları, onların meydana çıxması vaxtına görə, üç dərəcəyə bölünür; birinci, ikinci və üçüncü dərəcəli şırımlar.
Çərkəz
Çərkəz — ad. Çərkəz Teyyublu — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Çərkəz Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri Çərkəz bəy Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Çərkəz Məcid — şair, yazıçı, tənqidçi. Çərkəz Muradov - Çərkəz Xəlil Əfəndi — Osmanlı alimi və şeyxülislamı.
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Çükəş
Çükəş — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çükəş Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Talış dilindəki cu (ağac, taxta) və kəş (qoşqu ləvazimatı) sözlərindən düzəlib. Görünür, qoşqu ləvazimatının taxtadan olan hissəsi bu kənddə düzəldiyi üçün kənd belə adlandırılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Əzizov (1995–2014).
Ağbaş kərkəs
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Cəfakeş Eduard
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir. == Ölümü == 18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir.
Herbert Çepmen
Herbert Çepmen (ing. Herbert Chapman, 19 yanvar 1878 – 6 yanvar 1934, Hendon[d], Böyük London) — İngiltərə futbolçusu və məşqçi. 1925-ci ildə ofsayd qaydalarında dəyişiklik ediləndən sonra oyunun taktikasında dönüş yaratmışdır. İlk dəfə meydanın mərkəzində kənar yarımmərkəz hücumçularından geri çəkilmiş mərkəz yarımmüdafiəçisi kimi istifadə eləməyə başlamışdır. Mərkəz yarımmüdafiəçisi də öz növbəsində geri çəkilərək müdafiəyə kömək göstərmişdir. Beləliklə, Çapmen futbolun təcrübəsində "stopper"dən istifadə edən ilk menecer olmuşdur.
Kərkəs dağı
Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ. == Haqqında == Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs. Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir. Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir. Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir. Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər.
Liz Veekes
Liz Veekes (d. 22 sentyabr 1971) — Avstraliyanı təmsil edən su poloçusu. Liz Veekes, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Liz Veekes, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Mark Çepmen
Mark Devid Çepmen (ing. Mark David Chapman; 10 may 1955, Fort-Uort, Texas, ABŞ) — Con Lennonun qatili. Mark Çepmen 10 May 1955 tarixində Texasda anadan olmuşdur. Uşaqlığında IQ səviyyəsinin normaldan çox olduğu müəyyənləşdirilmişdir. Hələ məktəb illərindən narkotikdən istifadəyə başlamışdır. 8 dekabr 1980-ci ildə The Beatles qrupunun üzvü olan Con Lennonu qaldığı otelin qarşısında güllələyərək öldürür. Vurmadan əvvəl eyni günün axşam saatlarında isə, Conun həyat yoldaşı Yoko Onoya Conun Double Fantasy adlı albomunu imzalatdırmışdır. Nyu York polisi Çepmeni həbs etdikdə, vəkili Conatan Marks onun günahkar olmadığını iddia edirdi. Vəkil Çepmenin zehni pozuntuları olduğunu bildirmişdir. 1981-ci ildə Çepmen, ikinci dərəcəli cinayətdən həbs edilmiş və 20 ildən az olmamaqla ömür boyu həbsə məhkum edilmişdir.
Qara kərkəs
Qara kərkəs (lat. Aegypius monachus) — kərkəskimilər dəstəsindən quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == İri quşdur, kütləsi 12,5 kq-a çatır. Ümumi rəngi qonur, çalma lələkləri qaradır. Başı keçəldir (qonur qu lələklərlə örtülüb). Boynunun dərisi lələksiz göyümtüldür, dibində sərt lələklərdən "yaxalıq" var. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda dağ və dağətəyi rayonlarda məskunlaşıb. Oturaq yaşayır, lakin yüksək dağlıqda yalnız nəsil verir, qışlamaq üçün düzənliyə qədər enir.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. == Tarix == Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. == Siyasi quruluşu == Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qriqori Çapkis
Qriqori Çapkis (ukr. Григо́рій Микола́йович Ча́пкіс, 24 fevral 1930, Kişinyov – 13 iyun 2021, Kiyev) — Sovet və ukraynalı rəqqas və xoreoqraf, üç beynəlxalq müsabiqənin laureatı, Ukraynanın Xalq artisti (02.08.2010). == Bioqrafiyası == Qriqori Çapkis 24 fevral 1930-cu ildə Kişinyovda anadan olmuşdur. O vaxt Kişinyov Rumıniyanın tərkibində olmuşdur. Qriqori Çapkis yəhudi ailəsində yeddi övladın sonbeşiyindən əvvəlki nümayəndəsi olaraq dünyaya gəlmişdir. Yeni Kausendə böyüyür. Atası Noeh Elkunoviç Çapkis (1894–1946) yəhərçi, anası Berta İosifovna isə əslən Odessadan olan evdar qadın olmuşdur. Ailədə yəhudi dilində danışırlırdı. Sonra ailə Benderıdakı vətənlərinə qayıdır, burada 1940-cı ildə yerli Pionerlər Sarayının rəqs klubuna daxil olur və Böyük Vətən müharibəsi illərində Qazaxıstana təxliyə edilir. Böyük qardaşı Cozef Çapkis (1920–1944) cəbhədə həlak olmuşdur.
Teyyubov Çərkəz
Çərkəz Vidadi oğlu Teyyublu (1 fevral 1996, Züvüc, Lerik rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Çərkəz Teyyublu 1996-cı il fevralın 1-də Lerik rayonunun Züvüc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Çərkəz Teyyublu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çərkəz Teyyublu oktyabrın 21-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qaradağ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ​ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Çərkəz Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vərkəş (Şəbüstər)
Vərkəş (fars. وركش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (109 ailə).
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.