ÇƏPƏKİ

zərf [ fars. ]
1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı.
Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. İ.Şıxlı.
Fəridə güldü.
Nərgiz isə ona çəpəki nəzər salıb qocaya dedi… Ə.Məmmədxanlı.

2. Düzünə yox, çəpinə, əyrisinə; yanpörtü.
[Əsgər:] avtomat tüfəngini döşündən çəpəki asmışdı. M.Hüseyn.

3. Yan tərəfə çevrilmiş halda, yan tərəfini irəli verərək, böyrünü qabağa verərək. Çəpəki oturmaq.
// Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək; yanakı. Papağı çəpəki qoymaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇƏPƏKİ ÇƏPƏKİ Qız çəpəki oturaraq başını anasının dizinin üstünə qoydu, gözlərini yumdu (M.İbrahimov); ÇƏPİNƏ Matros Həbib eynəyini taxıb Həmidə çəpinə baxdı
  • ÇƏPƏKİ əyri — qıyğacı

Antonimlər (əks mənalı sözlər)

  • ÇƏPƏKİ ÇƏPƏKİ – DÜZ Yarməmməd çəpəki qovluğa baxdı (M.İbrahimov); Səməd çevrilib düz oturdu (M.İbrahimov)
ÇƏPBUCAQLI
ÇƏPƏL
OBASTAN VİKİ
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..

Digər lüğətlərdə

вы́холостить га́рпии митка́левый раскладу́шка рикошети́ровать семени́стый соборя́нин хруст вжима́ть генера́тор исстра́чивать ненадёжность оглаша́ться шестиле́тие булка каганец кунеть dekle disburse double-meaning jaal-goat musingly компетентный ростовщик умереть