Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərməki
Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. == Tarixi == Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır. == Toponimikası == Ərməki oyk, düz. Quba r-nunun Amsar i.ə.v.-də kənd. Düzənlikdədir.
Çəkçəki
Çəkçəki (lat. Saxicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Çərmədil
Çərmədil — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çərmədil kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Tarixi abidələri == İsmayıllı rayonu, Çərmədil kəndi ərazisində aşkar olunan nekropol son antik və ilk orta əsrlər dövrünə aid edilən bir kurqan, 8 küp qəbir və 25 torpaq qəbirdən ibarət olmuşdur. Qəbir avadanlıqları içərisində dəmir qılınc, xəncər, bıçaq və bəzək əşyaları olmuşdur.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. == Tarixi == İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Çərəkə
Çərəkə — Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənubda, Göyçay-Ucar avtomobil yolu kənarında, Xirmanlı (Çərəcə) gölü və Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Əhalisi == Əhalisi 3714 (2009) nəfərdir. == Məşğuliyyəti == Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq üzümçülük və meyvəçiliklə məşğul olur. Kəndin ərazisi keçmişdə örüş yeri olduğundan belə adlandırılmışdır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Ağquyruq çəkçəki
Boz çəkçəki (lat. Saxicola leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Böyük çəkçəki
Böyük çəkçəki (lat. Saxicola insignis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Prokonnesos mərməri
Prokonnesos mərməri ya da Mərmərə adası mərməri, antik adı Prokonnesos olan müasir Mərmərə adasında 2000 ildən artıqdır çıxarılan ağ mərmərdir.
Qara çəkçəki
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Tərməkçi (Tikantəpə)
Tərməkçi (fars. ترمكچي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (29 ailə).
Çəkməli Pişik
Çəkməli Pişik—Şarl Perronun nağılı. "Çəkməli Pişik" (qısa məzmunu). Biri varmış,biri yoxmuş bir dəyirmançı və üç oğlu varmış. Bir ğün dəyirmançı öləcəyini bilir və oğullarına vəsiyyət edir. Böyük oğluna dəyirman, ortancıla eşşək, kiçik oğluna isə pişik düşür. Oğlan çox məyus olur və deyir ki,"indi mən acından öləcəm" Pişik ğedir ov ovlayır, hamısını da sahibinin adından padşaha ğətirir. Padşah bundan çox razı qalır. Bir ğün də o,ğözəl qızı ilə yəzməyə çıxır. Pişik tez sahibinə deyir ki, tez ol ğet o çayda çim. Oğlan çayda ikən padşah da oradan keçirdi.
Çərçəli (Meşkinşəhr)
Çərçəli (fars. چرچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (57 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 16 km cənubdadır.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..
Çərəkə bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çərəli (Qubadlı)
Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır.Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar.Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda,qışı isə Qarabağda keçirirdilər.Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır.Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır.Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. == Coğrafiyası və iqlimi == Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.
Çərəli (Sərab)
Çərəli (fars. چرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (47 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 11,5 km qərbdədir.
Çərəli (Təbriz)
Çərəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd qəsəbəsindən 12 km şimaldadır.
Çermakit
Çermakit [Çermak soyadına görə] — hipotetik "çermak molekulu"-nun ümumi düsturu belədir: Ca2(Mg,Fe2+)3 (Al,Fe3+)2 [(OH,F)2Al2Si2O22]. Mg- çermakit və Fe-çermakit hipotetik tam izomorf seriyanı təşkil edir. Bu seriyanın üzvləri hornblend yarımqrupu minerallarının tərkibinə daxildir. Tərkibinin əsas hissəsini çermakit təşkil edən təbii amfibol çermakit hornblendi adlanır. Çermakit daha yaxın mineral, kalsium-karbonat və dolomit şistlərindən əmələ gəlmiş amfibolit və şistlərdə tapılmışdır; çermakit eklogitlərin omfasit və qranatının dəyişməsi hesabına əmələ gəlmiş kianitli amfibolitlərdə rast gəlir. == Həmçinin bax == İzomorfizm Amfibollar Amfibolit Şist == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Çerməhin
Çerməhin — İranın İsfahan ostanının Lencan şəhristanının Bağ Bahadıran bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,292 nəfər və 3,035 ailədən ibarət idi.
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Cermuk
Cermuk — mənası çarmıx, Azərbaycan toponimidir. Etimologiyasi burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. Qarabağda Çiləbörd məlikliyinin ərazisi olmuşdur. (Mənbə Qarabağnamələr 2 .Mirzə Yusif Qarabaği. 2-ci kitab. Bakı, 1991) Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Cermeyn Cekson
Cermeyn Cekson (ing. Jermaine Jackson), həmçinin Muhammad Abdul-Aziz kimi də tanınır (11 dekabr 1954, Qari, İndiana) — ABŞ müğənnisi, bas-gitarist, bəstəkar, The Jackson 5 qrupunun üzvü. Vitni Hyuston ilə duet oxuyub. == Həyatı == Cermeyn Cekson dünya pop musiqisinin kralı Maykl Ceksonun qardaşıdır. Cermeyn İslam dinini qəbul edərək müsəlman olmuşdur. İslamı qəbul edəndən sonra adını dəyişdirib. Cermeyn Cekson (Muhəmməd Əbdul Əziz) Bəhrainə səyahətə gedendən sonra İslam dinini gəbul etmişdir. İslam dinini qəbul edəndən sonra onun həyatında dəyişikliklər olmuşdur.
Herbert Çerberi
Herbert Çerberi (ing. Edward Herbert; 3 mart 1583 — 20 avqust 1648) — ingilis filosof, deizmin yaradıcısı.
Neoseiulella carmeli
Neoseiulella carmeli (lat. Neoseiulella carmeli) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.