Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlhan Başgöz
İlhan Başgöz (1921, Sivas – 13 aprel 2021) — Türkiyə folklorşünası və yazıçısı. Başgöz Ankara Universitetinin Dil, Tarix-Coğrafiya fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasında təhsil almışdır. O, həmin yerdə assistent kimi işləmiş və doktorluq dissertasiyası müdafiə etmişdir. Başgöz sonradan oradakı vəzifəsindən uzaqlaşdırılmış və Tokat liseyində müəllim işləmişdir. O, 1953-cü ilin yanvarında Türkiyə Cəza Qanununun 141-ci maddəsini (oğurluq) pozduğuna görə həbs edilmişdir. Bu, həmin dövrdə xüsusilə solçulara qarşı istifadə edilən bir maddə idi və Başgöz iki il həbsdə qalmışdı. O, 1960-cı ildə ABŞ-yə getmişdir. Başgöz İndiana Universitetində fakültə üzvü olmuşdur. Başgöz Van Yüzüncü İl Universitetində türk dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. O, Orta Şərq Texniki Universitetində işləmişdir.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.
Ağgöz dalğıc
Ağgöz qaraördək
Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər. == Qısa təsviri == Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Casio
Casio (yap. カシオ計算機株式会社) — Yaponiyanın tanınmış eletronika şirkətidir. Şikətin mərkəzi Şibuya, Tokio,Yaponiyadadır. Casionun tanınmış məhsulları: Kalkulyator, rəqəmsal kamera, rəqəmsal saat, mobil telefon, rəqəmsal musiqi aləti və s. 1946-cı ildə Tokioda qurulmuşdur və 1957-ci ildə ilk dəfə dünyada tamamilə elektriklə çalışan kalkulyatoru bazara çıxarmışdır. Casio ilk dəfə 1980-1990-cı illərdə msiqiçilər üçün ev elektron klaviaturaları inkişaf etdirmişdir.
Ford Cargo
== Xarici keçidlər ==
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) - Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets - Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. == Tarixi == 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
Çasov Yar döyüşü
Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru Qoşunları və Ukrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər. == Arxa plan == Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar. 2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar. Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib. 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub. 17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib. Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.