Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balqazan (Salmas)
Balqazan (fars. بلقزن‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 204 nəfər yaşayır (42 ailə).
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qara çalağan
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. == Yayılması == Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Çalağan döyüşü
Kür döyüşü və ya Çalağan döyüşü — 1412-ci il, 6 noyabr-4 dekabr tarixlərində Qaraqoyunlu dövləti ilə birləşmiş Şirvanşahlar, Gürcüstan krallığı və Şəki hakimliyi qüvvələri arasında baş vermiş döyüşdür. Döyüşün nəicəsi olaraq müttəfiq qüvvələri Qara Yusif tərəfindən dağıdılmış, Şirvanşahlar və Gürcü hökmdarları əsir alınmışdır. == Səbəb == === Sultan Əhməd-Qara Yusif qarşıdurması === 1408-ci ildə Əmir Teymurun oğlu Miranşahı məğlub edib öldürdükdən sonra Azərbaycanda real hakimiyyət Qaraqoyunlu Qara Yusifin əlinə keçmişdi. Bu, Azərbaycanda real hakimiyyət sahibi olan Cəlairi Sultan Əhmədlə Qara Yusifın münasibətlərinin pozulmasına səbəb oldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun üçün o, əvvəlcədən oğlu Kəyumərsin (Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, M9278, v.l8a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır ) başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah I İbrahimdən yardım istəmişdi. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin tərəfini saxlamağı üstün tutdu. Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər tutan Qara Yusif Təbrizin iki fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu il avqustun 30-da Sultan Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Sultan Əhməd Təbriz sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi.
Əsl çalağan
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ halqalı çalağan
Ağ halqalı çalağan (lat. Leptodon forbesi) — leptodon cinsinə aid heyvan növü.
Boz başlı çalağan
Boz başlı çalağan (lat. Leptodon cayanensis) — leptodon cinsinə aid heyvan növü.
Qara kəkilli çalağan
Qara kəkilli çalağan (lat. Aviceda leuphotes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.