Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çatırdağ itburnusu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır. Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur. Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.
Çatırdağ yaylası
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir. Massiv klassik kars rayonudur.
Atatürkü Xatırlama, Gənçlik və İdman Günü
Atatürkü Anma Gənclik və İdman Bayramı (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı. == Tarixi == Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.