Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsməxanım Qubadova
Məsməxanım Məhəmməd-Həsən qızı Qubadova - sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan teatr tənqidçisi. == Həyatı == Məsməxanım Qubadova 1946-cı il fevral ayının 13-də Salyan şəhərində dünyaya gəlmişdir. Orta təhsilini 2 saylı orta məktəbdə alan M.Qubadova 1963-cü ildə ailə həyatı qurduğu üçün Bakı şəhərinə köçmüşdür. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olan M.Qubadova 1979-cu ildə oranı “ mədəni-maarif işçisi” ixtisası üzrə bitirmiş, elə həmin ilin oktyabr ayından institutun “Mədəni-maarif” fakultəsinin dekanlığında laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən institutun “Aktyorluq” kafedrasına böyük laborant vəzifəsinə keçirilən M.Qubadova 1988-ci ildən “Özfəaliyyət teatr kollektivlərinin rejissoru” kafedrasının həm böyük laborantı, həm də, saat hesabı müəllimi olaraq fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin dissertantı olaraq “Azərbaycan teatrında romantizm.(Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” mövzusunda müdafiə edərək (2003-cü ildə) sənətşünaslıq üzrə alimlik dərəcəsi almışdır. M.Qubadova araşdırdığı mövzu ilə bağlı dövrü mətbuatda onlarla elmi məqalələrini çap etdirməklə yanaşı , həm də “Azərbaycanda maarifçiliyin inkişaf mərhələləri” (1996), “Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətinin inkişafında rolu”(1998), “Dünya mədəniyyətinin inkişafında Şərqin rolu”(1998),“Azərbaycan teatrı tarixinə dair metodiki göstəriş”(2000), “Hüseyn Cavid dramaturgiyasının səhnə təccəssümü”(2002) kimi dərs vəsaitlərinin və “Azərbaycan teatrında romantizm.(Ə.Hüseynzadənin “Siyasəti-fürusət” əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri)” (2002), “Əli bəy Hüseynzadə və teatr”(2011) adlı monoqrafiyaların da müəllifidir. Hal-hazırda “Teatrşünaslıq” kafedrasının baş müəllimi vəzifəsində çalışan M.Qubadova teatr tənqidi və teatrşünaslığın nəzəri problemlərinə dair axtarışlarını davam etdirməkdədir.