Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Hərbi çevriliş
Putç (alm. Putsch‎) və ya hərbi çevriliş — bir ölkədə silahlı qüvvələrin təmsilçilərinin silah gücü ilə ölkə idarəetməsini ələ keçirməsi. Adətən , hökümətin iqtisadi və sosial problemləri həll etməkdə aciz olduğu iddiası hərbi çevrilişin əsas səbəbi kimiqeyd edilir. Çevrilişi həyata keçirən zabitlər bir qayda olaraq ordunun hərəkətlərinə qərəzsiz qalmaq fürsətindən istifadə edərək hakimiyyəti ələ keçirir və lideri devirir; radio, TV kimi rabitə kanallarını zəbt edərək dövlət idarələri üzərində səlahiyyət yaradır, elektrik stansiyaları və bir çox qurum kimi əsas infrastruktur obyektlərinə nəzarət edirlər.
Çevrim dışı
Analoq-rəqəmsal çevirici
Analoq-rəqəmsal çevirici (ing. Analog-to-digital converter, rus. Аналого-цифровой преобразователь) yaxud ARÇ — analoq siqnalı rəqəmsal siqnala çevirən qurğudur. ARÇ siqnalın diskretləşdirməsini və kvantlanmasını həyata keçirir. Analoq-rəqəmsal çeviriciləri adətən qarşılıqlı təsir edən bir neçə elementdən ibarətdir. Açıq sxem üzrə birbaşa çevirmə üsulunda ARÇ-nin elementləri iki qrupa bölünür. Onlardan birinci zaman-impuls modulyasiyasını həyata keçirir, yəni zaman-impuls siqnalını yaradır. Harmonik gərginlik və cərəyanın amplitud, faza və ya tezliyi şəklində olan məlumat parametrlərini çevirdikdə müqayisə elementi ME və sıfır indikatoru Sl lazım olur. İkinci qrup isə ardıcıl vahid kodda rəqəm siqnalı yaradaraq kvantlama əməliyyatı aparır və lazım gəldikdə onu mövqe dərəcə-rəqəmə çevirir. Tipik olaraq, bir ADC, gərginliyi ikili rəqəmsal koda çevirən bir elektron cihazdır.
Elektron-optik çevirici
Elektron-optik çevirici — vakuum fotoelektron cihazı; obyektin gözlə görünməyən təsvirinin (infraqırmızı, ultrabənövşəyi və ya rentgen şüalarında) görünən təsvirə çevrilməsi, yaxud görünən təsvirin parlaqlığının artırılması üçün istifadə edilir. Sadə elektron-optik çevirici elektron dəstəsi yaradan elektrodlar, yarımşəffaf fotokatod və katod-lüminessent ekrandan ibarətdir. Fotokatoddan çıxan elektronlar elektrik sahəsi tərəfindən sürətləndirilir və lüminessensiya yaradaraq ekranda fokuslanır; nəticədə ekranda obyektin görünən (ikinci) təsviri alınır. Optik təsvirin parlaqlığının gücləndirilməsi elektronların əlavə sürətləndirilməsi, yaxud elektron təsvirin sıxılması yolu ilə əldə edilir. Elektron-optik çevirici spektroskopiya, tibb, mikrobiologiya, astronomiya və s. sahələrdə optik və mikroskopik tədqiqatlar zamanı parlaqlığı az olan və zəif işıqlandırılan obyektləri müşahidə etmək, həmçinin qaranlıqda obyektləri infraqırmızı şüalarla işıqlandıraraq görmək üçün tətbiq olunur. Çox sürətlə gedən proseslərin qeydiyyatı üçün də elektron-optik çeviricilər yaradılmışdır.
Nigerdə hərbi çeviriliş
Nigerdə hərbi çeviriliş (fr. Coup d'État de 2023 au Niger) - 2023-cü ilin 26 iyul-28 iyul tarixləri arasında Nigerin paytaxtı Niamey şəhərində baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində ölkənin prezidenti Məhəmməd Bazumun saxlanılıb və Prezident Qvardiyasının komandiri general Əbdürəhaman Çiani hakimiyyəti ələ keçirdib.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.
Çiriş (Qafan)
Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd. Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir. == Ümumi məlumat == Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi. 50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar. == Adı == Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Zimbabvedə hərbi çevriliş (2017)
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir. Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb. 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər.Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib. Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı Leye İqlesiasa məğlub olaraq mübarizəni dayandırıb. 2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb.
Pəvəris (Miyanə)
Pəvəris (fars. پاورس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (36 ailə).
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. == Məzmun == Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. == Nəşr == Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib.Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) Daha yaxşı gələcək (Bəhrani) == Xarici keçidlər == "Çağırış" ( (az.)).
Ceteris paribus
Ceteris paribus (və ya caeteris paribus; (Latınca tələffüz: [ˈse.tɛ.ris ˈpa.ri.bus]) — latın sözüdür, "digər şərtlər sabit qalarsa" deməkdir, ifadənin "bütün başqa şeylər bərabərdir", "digər şeylər sabitdir", "qalan hər şey dəyişməzdir" və "qalan hər şey eynidir" kimi tərcümələri də mövcuddur. İki vəziyyət arasında səbəbli, empirik və ya məntiqi münasibətə dair bir ifadə. Münasibətin gözlənilən şərtlərdə ümumiyyətlə doğru olmasına baxmayaraq, müdaxilə edən amillər səbəbindən uğursuz ola biləcəyi və ya əlaqənin məhv ola biləcəyi qəbul edilərsə, ceteris paribusdur.
Çəkiliş icazəsi
Çəkiliş icazələri — kinofilmlərin çəkilişinə icazə vermək üçün hökumətlər tərəfindən verilən icazələrdir. Hər bir şəhər və əyalətdə çəkiliş icazələri ilə məşğul olan bir növ şura və ya ofis var. Film icazələrinin alınması yer kəşfiyyatı prosesinin bir hissəsidir və onlar adətən məkan menecerinin səlahiyətidədir. İcazələr çəkilişdən əvvəl yer, tarix, vaxt, avadanlıq, heyət, xüsusi effektlər, hərəkətlər və stuntlar haqqında təfərrüatlarla verilir.Çəkiliş icazələri üçün müraciət prosesinə rüsumlar daxil ola bilər və çox vaxt istehsal sığortası tələb olunur. Bəzən bu proses birbaşa şəhər tərəfindən idarə olunur və bəzən Los-Ancelesdəki FilmLA kimi qeyri-kommersiya təşkilatı tərəfindən idarə olunur. Bundan əlavə, hər bir dövlətin dövlət torpaqları üçün öz icazə komissiyası ola bilər. Filmə icazə vermə prosesi çox vaxt müstəqil və həvəskar kinorejissorları çətinləşdirir. Böyük şəhərlərdə çəkilişlərə daha ciddi nəzarət edilir. Daha az məskunlaşmış ərazilərdə həm ələblər yumşaqdır həm də rüsumlar az olur. Bu isə çəkilişləri genişləndirməyə imkan yaratmaqda rol oynayır.
Quercus cerris
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Toddi Sviris
Toddi Sviris (28 may 1973) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Toddi Sviris Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Toddi Sviris Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Çətiri qırğıotu
Çətiri qırğıotu (lat. Hieracium umbellatum) — qırğıotu cinsinə aid bitki növü.
Çətiri qızılçətir
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
AVK Çağırış Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və “otboy” verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çağırış (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. == Tarixi == Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır.1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu - aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
İqtisadi hərbi xidmətə çağırış
İqtisadi hərbi xidmətə çağırış — iqtisadi şəraitlərdən istifadə etmək vasitəsilə silahlı qüvvələrə şəxsi heyətin cəlb edilməsi mexanizmləri. Bu, xüsusilə ölkə daxilindəki coğrafi ərazilərin iqtisadi inkişafı baxımından diqqətdən kənarda qalması halında gənclərin böyük bir hissəsinin silahlı qüvvələrdə karyeranı cəlbedici seçim kimi qiymətləndirdiyi vəziyyətə gətirib çıxarır. Termin hələ 1915-ci ildə istifadə olunurdu.Birləşmiş Krallıqda bu silahlı qüvvələrin hərbi xidmətə çağırış bölmələri tez-tez işsizliyin yüksək olduğu ərazilərdə "karyera yarmarkaları"ndan istifadə etməklə işə qəbul prosesini həyata keçirirlər. "Pleyd Kamri"nin iddiasına görə, Uelsdə "ordu yeni işə götürülənlər tapmaq üçün Uelsin ən yoxsul vilayətlərində yerləşən məktəbləri hədəfə alır".
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.