Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boya çiləyici
Boya çiləyici və ya aeroqraf — sıxılmış hava ilə kağız, parça və s. üzərinə nazik boyaq qatı püskürən cihaz. Parçalara naxış vurmaq üçün, teatr dekorasiyaları və iriformatlı plakatlar hazırlanmasında, fotoneqativlərin retuşunda və s. istifadə olunur.
Azad dinləyici
Azad dinləyici — Ali təhsil müəssisələrində bütün tədris məşğələlərində iştirak etməyə, habelə bütün yoxlama və kurs imtahanlarını verdikdən sonra dövlət imtahanlarına buraxılan, lakin tələbə hüququ və imtiyazları olmayan şəxs. Bolşevik inqilabından əvvəl Rusiyada universitetlərində azad dinləyicilər olmuşdur. SSRİ-də qiyabi və axşam təhsili sistemi yaradıldıqdan azad dilyəcilik ləğv edilmişdir. Buna baxmayaraq, Polşa kimi bəzi sosialist ölkələrində tələbələrə bütün imtahanları ekstern yolu ilə verməyə və məşğələlərdə azad dinləyici kimi iştirak etməyə icazə verilir. Bir çox kapitalist ölkəsinin ali məktəblərində qəbul edilmiş sərbəst davamiyyət sistemi tələbələrə yüksək təhsil və yataqxana haqqını ödəmək üçün işləmək imkanı verir. == İstinadlar == == Əlavə ədəbiyyat == А. Ю. Андреев. Повседневная жизнь Московского студенчества // Московский университет в общественной и культурной жизни России начала XIX века. А. М. Феофанов. Университет и общество: студенты Московского университета XVIII начала XIX века (социальное происхождение и быт) // Вестник Волжского университета им. В.Н. Татищева : журнал.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. == Həyatı == Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir.2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən Qazaxıstandakı Rusiya səfirliyinin birinci katibi olaraq diplomatik işə göndərilmiş, eyni zamanda Astanadakı Rusiya ilə əməkdaşlıq təşkilarının sədr müavini vəzifəsində çalışmışıdr.