Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Danbar limiti
İnsanın davam etdirə biləcəyi sosial münasibətlər limiti təxmini olaraq 150 ətrafındadır. Buna Danbar limiti deyilir. İngilis antropoloqu Robin Dunbar tərəfindən üzə çıxarılmış bu limit, qısa olaraq bir insanın maksimum sayda insanlarla qura və davam etdirə biləcəyi sayı göstərir. Bundan artıq şəxslərlə münasibətlərdə ola bilməməyimizin səbəbi isə tamamilə genlərimiz ilə əlaqədardır. Bu say, insan beyninin neokorteks həcminin bir funksiyasıdır. Danbarın primatlar üzərində apardığı təcrübələr nəticəsində formalaşdırdığı bu formula görə əsasən insanlar üçün 147,8 olan bu say, təbii ki, stabil bir limit deyildir. 100 ilə 230 arasında dəyişə bilər. Aparılmış tədqiqatlar göstərir ki, 150-dən sonra qrupun üzvləri bağlılıq hisslərini itirirlər. Sosioloqlar 150- 200 ətrafında kritik bir həddin mövcudluğunu 1950-ci illərdən bilirlər. Bu limit sadə şəkildə desək, hər hansı bir qrupda sağlam və bərabər şəkildə davam etdirilə biləcək normal nevroloji sərhəddir.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. == Quruluşu == Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Çimli dəlicincilim
Çinili məscid külliyəsi
Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir.Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur. == Strukturu == === Çinili məscidi === Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır. Məscidin daxili gümbəzi də daxil olmaqla tamamilə çini ilə örtülüdür.
Cıbıllı
Cıbıllı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 67 km cənub-şərqdə yerləşirdi. Kəndin digər adı Cibikli olmuşdur. Toponim cibikli (> cıbıllı) tayfa əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 82 nəfər, 1904 - cü ildə 80 nəfər, 1914 - cü ildə 160 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 53 nəfər, 1931-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır.
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski —Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Cəmilli (Kəlbəcər)
Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır. == Yaylaqlar == Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd. == Bulaqlar == Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq. == Meşhur yerler == Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac. == Binələr-Qışlaqlar == Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xaqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Xəqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Şakir Cəmilli
Şakir Arif oğlu Cəmilli (4 dekabr 1992; Füzuli, Azərbaycan — 23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şakir Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli şəhərində anadan olubb. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şakir Cəmilli oktyabrın 23-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Berat Cimsiti
Berat Ridvan Cimsiti (alb. Berat Ridvan Gjimshiti alm. Berat Ridvan Djimsiti‎ ; 19 fevral 1993[…], Sürix) — İsveçrəli və albaniyalı peşəkar futbolçu. İtaliyanın "Atalanta" klubunun və Albaniya millisinin müdafiəçisi . == Karyerası == === Klub === Berat "Sürix" klubunun yetirməsidir. İsveçrə Super Liqasının Djimsiti 2011–12 mövsümündə, "Sürix"in əsas heyətinə dəvət edilir. Peşəkar debütünü 3 mart 2012-ci ildə "Sion"la qarşılaşmada edir. O, "Sürix"də ilk qolunu 20 may 2012-ci ildə, "Qrasshopper"ə qarşı oyunda vurur.18 yanvar 2016-cı ildə Cimsiti, İtaliyanın "Atalanta" klubu ilə üç il yarımlıq müqavilə imzalayır. Onun "Atalanta"da debüt oyunu, 3 may 2016-cı ildə "Napoli" klubuna qarşı oyunda baş tutur.31 avqust 2016-cı ildə Cimsiti daha çox oyun vaxtı qazanmaq üçün B Seriyasında yarışan "Avellino" klubuna icarəyə verilir.8 iyul 2017-ci ildə Cimsiti mövsümün sonuna qədər, "Benevento"ya satın alma seçimi ilə icarəyə verilir. === Milli komanda === O, İsveçrənin müxtəlif yeniyetmə və gənclərdən ibarət milli komandalarında çıxış edib.
Cəmilli qətliamı
Cəmilli qətliamı və ya Cəmilli faciəsi — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür. == Qətliam == 13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı. 14–15 dekabr tarixlərində kəndə hücum etmişdilər. İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar. Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.
Dartma, yaxam cırıldı
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır."Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı (rəqs)
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır."Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.
Dartma, yaxam cırıldı rəqsi
Dartma, yaxam cırıldı — Azərbaycanın milli rəqslərindən biridir. Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır."Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.