XIŞILTI

is.
1. Bir-birinə dəyən, sürtünən şax şeydən və ya axan sudan çıxan xəfif səs, xış-xış səsi. Atlaz xalatların xışıltısı. – Ay qara buludun dalına girdi, yerə qara pərdə çəkildi.
Ocağın alovu söndü, meşədə xışıltı artdı. A.Divanbəyoğlu.
Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi. T.Ş.Simurq.
Söyüdlü arx yarpaqların incə xışıltısı altında səssizcə axıb gedirdi. İ.Əfəndiyev.

2. Təngnəfəslikdən törəyən boğuq səs; töyşük.
[Sədrin] sinəsindəki xışıltı get-gedə artırdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XIŞILTI xırıltı — şırıltı — uğultu — gurultu
XIŞILDATMAQ
XIŞILTILI

Digər lüğətlərdə

врассы́пку и впря́мь инспе́кторский леша́чий магара́джский несоли́дно оплавля́ться шахтёрить парламентёрство спра́вка то́ковый юдофи́лия ята biogeocenose bureaucratism death-wound knife-file noctambulist quadratrix Reuben sandwich Sierra Madre tetrapteran totalizator арабский золить