FISILTI

is. Ağır nəfəs alan adamın birbirinə qapanmış dişləri arasından çıxardığı səs; fıs-fıs səsi.
Yatan yoldaşların xorultusu, fısıltısı otağı bürümüşdü. A.Şaiq.
Cahandar ağanın dişləri kilidləndi.
Onun fısıltısını qulağının dibində eşidən Mələk nə edəcəyini bilmədiyindən, yumaq kimi büzüşdü. İ.Şıxlı.

// məc. İşləyən maşın, motor və s.-nin çıxardığı həmin səsə oxşar səs. Maşının fısıltısı.
– Parovozun ağzını yamsılayırmış kimi tramvayın motoru da kəskin bir fısıltıdan sonra dayandı. Qantəmir.

Etimologiya

  • FISILTI Sıxlıq sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FISILDAŞMAQ
FISQIRIQ

Digər lüğətlərdə