Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çobanlı
Çobanlı (Qafan) — Qafan rayonunda kənd.
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. == Həyatı == 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 === Hərb təhsili === Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Müşfiq Çobanlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Çobanlı (Qafan)
Çobanlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Toponim oğuzların çapanlu etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 16 nəfər, 1873 - cü ildə 195 nəfər, 1886-cı ildə 96 nəfər, 1897-ci ildə 152 nəfər, 1904 - cü ildə 130 nəfər, 1914 - cü ildə 156 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər öz evlərinə dönə bilmişdir. Burada 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Aşağı Çobanlı (Salmas)
Aşağı Çobanlı (fars. چوبانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (35 ailə).
Yuxarı Çobanlı (Salmas)
Yuxarı Çobanlı (fars. چوبانلوي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (41 ailə).
Əmir Teymurtaş Çobanlı
Əmir Dəmirdaş Sulduz və ya Əmir Teymurtaş Çobanlı (d.1298-ö. 1328) — Çobanlılar sülaləsindən Elxanlı əmiri, sərkərdə Əmir Çoban Sulduzun ikinci oğlu. Anadolu valisi olaraq çalışarkən atasını öldürdən Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xanın qəzəbindən qaçaraq Misir Məmluklü sultanı Məhəmməd bin Kalavuna sığındı. Misir sarayında öncə yaxşı qarşılandısa da, sonradan pula görə elxanla anlaşan sultanın adamları tərəfindən öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu, Sulduz eli, "Soy" dərgisi, Bakı, 2010.
Çobanisa
Çobanısa Muğla vilayətinin Seydikemer mahalına bağlı bir məhəllədir. Məhəllənin adı bu məhəllədə yaşayan Çoban İsadan gəlib. Köçərilik illərində yay vaxtı burada qalan çobanın adıdır.
Corc Kobayaşi
Corc Kobayaşi (d. 29 noyabr 1947) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Cunşiro Kobayaşi
Cunşiro Kobayaşi (11 iyun 1991) — Yaponiyalı tramplindən xizəklə tullanan. == Karyerası == Cunşiro Kobayaşi 2015-ci ildə Falundə təşkil edilən FİS Skandinaviya Dünya Xizək Çempionatında Yaponiyanı təmsil etmişdir. Kobayaşi normal təpələrdə 25-ci, böyük təpələrdə isə 13-cü yeri tutmuşdur. Kobayaşi Almatı və Hakubada keçirilən Qran-pri turnirinin üç dəfə qalibi olmuşdur. O, 2017 FİS Xizəklə Tullanma Qran-prisini ümumilikdə üçüncü pillədə başa vurmuşdur.19 noyabr 2017-ci ildə Kobayaşi Vislada keçirilən Dünya Kubokunda ilk dəfə qalib gəlmişdir. O, ən azı bir Dünya Kubokunu qazanan on üçüncü Yaponiyalı xizəkçi olmuşdur.
Dayqo Kobayaşi
Dayqo Kobayaşi (d. 19 fevral 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tadao Kobayaşi
Tadao Kobayaşi (d. 7 iyul 1930) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yayoi Kobayaşi
Yayoi Kobayaşi (d. 18 sentyabr 1981) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 54 oyun keçirib, 12 qol vurub.
Yu Kobayaşi
Yu Kobayaşi (d. 23 sentyabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Yuki Kobayaşi
Yuki Kobayaşi (d. 24 aprel 1992) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Yuusuke Kobayaşi
Yuusuke Kobayaşi (小林 裕介, Kobayashi Yūsuke, 25 mart 1985, Tokio) — Yaponiya səs aktyoru. Yaponiyanın Saytama prefekturasında anadan olmuşdur. Yu-rin Pro ilə əməkdaşlıq edir.Boyu 1,64 metrdir.