Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çudullu bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çüdüllü
Çüdüllü — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Çüdüllü oyk., düz. Qax r-nunun Turaclı i.ə.v.-də kənd. Tədqiqatçılar oykonimi çudul (avar dilində "xarabalıq, sahibsiz yer") sözü əsasında "sahibsiz yer" kimi izah edirlər. Əslində, çu (at) və dul (yer, dərə) komponentlərindən ibarət olan bu oykonim "atxana", "at saxlanan yer" mənasındadır. Qəbələ rayonundakı Tövlə oykoniminin sinonimidir. Kənd vaxtilə salındığı ərazinin adını daşıyır. 1728-ci ildə İrəvan quberniyasının İqdır nahiyəsində eyniadlı kənd qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Coğrafi mövqe baxımından çox zəngindir. Beləki, Rusiya sərhədlərinə qədər uzanan zəngin meşə örtüyü vardır.
Üçgüllü acıçiçək
Üçgüllü acıçiçək (lat. Gentiana triflora) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Pambıq koluna qulluq edilməsi (film, 1931)
== Məzmun == Təşviqat filmi Azərbaycanın kənd bölgələrində pambığın yeni aqrotexniki qaydalarla becərilməsindən, ziyanvericilərə qarşı mübarizə aparılmasından danışır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. Protokol № 4557. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Popov Ssenari müəllifi: Mədətov Operator: Boris Pumpyanski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Tənəklərin əkilməsi və ona qulluq (film, 1968)
== Məzmun == Filmdə Azərbaycanda böyük üzüm ehtiyatı və onun gələcək inkişafı haqqında ətraflı söhbət gedir; eləcə də yeni üzümlüklərin salınması , mütərəqqi üsullarla düzgün becərilməsi, aqrotexniki tədbirlərin tətbiqi barədə danışılır. == Film haqqında == Elmi-kütləvi film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.