Şey, mal. (“Koroğlu” dastanının lüğəti)
Dəmirçioğlu düşməz gücdən,
Qorxmaz müxənnətdən, bicdən,
Bac allam nağdıdan, vecdən,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Polad şeşpər ilə əzəm başını,
Axıdam gözündən qanlı yaşını,
Cida ilə ölçsəm al-qumaşını,
Nağdın da olmasa, vec alam gedəm.
(“Koroğlunun Ərzurum səfəri”) (“Cünun–Əli”)
Vecə qoymamaq: vecinə almamaq, saymamaq, etina etməmək. (“Koroğlu” dastanının lüğəti)
Bildi ki, tacirdən xeyirli söz çıxmaz, nədisə paxıllığından bir çuğulluq eləyəcək, onu da Koroğlu vecə qoymayacaq. (“Mərcan xanımın Çənlibelə gəlməyi”) (İ.A.,B.A.)