TELL

v 1. demək, söyləmək; danışmaq; to ~ the truth doğru danışmaq, həqiqəti söyləmək; to ~ a lie yalan danışmaq; 2. göstərmək; to ~ the time vaxtı göstərmək (saat haq.); 3. xəbər vermək (sirri); 4. əmr etmək; buyurmaq, hökm etmək; Teli the driver to wait for me De / Deyin, qoy sürücü məni gözləsin; 5. fərqləndirmək; to ~ one from the other birini o birindən fərqləndirmək; 6. bilmək, başı çıxmaq, xəbəri olmaq; How do you teli which of these buttons to press? Hardan biləsən ki, bu düymələrin hansını basmaq lazımdır? 7. d.d. danlamaq; töhmətləndirmək; 8. qərara gəlmək; demək; bilmək; 9. təsir etmək, özünü göstərmək; The years are beginning to tell İllər öz təsirini göstərməyə başlayır; 10. d.d. çuğulluq / xəbərçilik etmək; You promised you wouldn’t tell on me Söz verdin / verdiniz ki, məndən xəbərçilik etməyəcəksən / etməyəcəksiniz

TELEVISION SET
TELLABLE
OBASTAN VİKİ
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1-40 metr, eni isə 1000-1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. == Tədqiqi == Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. == Ədəbiyyat == Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Vilhelm Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
William Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Caracara tellustris
Yer qarqarı (lat. Caracara tellustris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Dostluq Telləri (1971)
Dostluq telləri (film, 1971)
Məhəbbət telləri (film, 1981)
Məhəbbət telləri (Romanizasiya Silsila) 1981-ci ildə Yash Chopra ilə müştərək formada süjet xətti yazılmış, rejissoru və prodüseri olduğu hindi dilli romantik dram filmidir. Hekayəsi romantik dramaturq Amit (Amitabh Bachchan), həyat yoldaşı Şobha (Jaya Bachchan) və onun keçmiş tərəfdaşı Çandninin (Rekha) sevgi üçbucağı ətrafında cərəyan edir. Məhəbbət telləri, Amit və Şobhanın məcburi evliliklərində qarşılaşdıqları, onları bir-birindən ayıran hadisələri və onun Chandni ilə nikahdankənar münasibətə gətirib çıxaran qarşılaşmasından danışır. Filmin sauntreki Shiv-Hari tərəfindən ifa edilmiş, sauntrekin sözlərini isə Caved Axtar, Hasan Kamal, Meera Dev Burman, Nida Fazli, Rajendra Krishan və Harivansh Rai Bachchan yazmışdır. Məhəbbət telləri çəkiliş heyəti ilə hələ istehsal mərhələsində olarkən medianın diqqətini çəkmişdir. Filmin üsas çəkilişləri 1980-ci ilin noyabr və 1981-ci ilin may ayları ərzində Amsterdam, Bombay (indiki Mumbay), Dehli və Kəşmirdə aparılmışdır. Bununla belə, film 14 avqust 1981-ci ildəki premyerasından sonra kassada müvəffəqiyyətsizliyə düçar olmuş, cəmi 30 milyon ₹ (2020-ci ildəki ekvivalent ilə 520 milyon ₹ və ya 6,5 milyon ABŞ dolları) gəlir əldə etmişdir. 29-cu Filmfare Mükafatlarında film Ən Yaxşı Aktyor (Amitabh Bachchan), Ən Yaxşı Qadın Aktrisa (Jaya Bachchan) və Ən Yaxşı Musiqi Rejissoru (Şiv-Hari) nominasiyalarına layiq görülmüşdür. Tənqidi baxımdan, hekayəsi və aktyor heyətinin çıxışları üçün mənfi rəylər almışdır.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. == Həyatı == Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. == Yaradıcılığı == 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. == Ailəsi == Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Panah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. == Həyatı == Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.Üç dəfə Həcc ziyarətində olmuşdur. == Mükafatları == Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünşü == Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Tellurokratiya
Tellurokratiya (lat. tellūris)— sivilizasiya tipi. == Ümumi məlumat == Tellurokratiya yunan sözü olub, “torpaq vasitəsilə hakimiyyət” və ya “quru hökmranlığı” mənasını verir. Tellurokratiya üçün dəqiq müəyyən edilmiş sərhədlər, təsdiq edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və hüquqi norma və qanunlar xarakterikdir. Qurunun özünün davamlılığı, möhkəmliyi əxlaq normalarının, qanunların və ənənələrin də davamlığını təmin edir. Əxlaq normaları ictimai fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər məcəlləsi formalaşır. Bu da onunla izah olunur ki, oturaq xalqlara individualizm deyil, kollektivizm hissləri daha yaxındır. Böyük və kiçik qrupların idarə olunmasında iyerarxizm əsas prinsipdir.
Əhməd Telli
Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. == Həyatı və fəaliyyəti == Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı.Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı. İlk şeiri 1961-ci ildə dərc olundu.
Tellurayd Film Festivalı
Tellurayd Film Festivalı (TFF) — hər il ABŞ-də təşkil edilən film festivalı. Kolorado ştatında yerləşən Tellurayd şəhərində keçilir.