Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Öküz
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). == Ümumi məlumat == Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
Ömür
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Ökü
Ökü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Abdülkadir Ömür
Abdülkadir Ömür (25 iyun 1999, Çarşıbaşı, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === "Trabzonsporda" ilk matçına 12 yanvar 2016-cı ildə keçirilən "Adanaspor" — "Trabzonspor" matçının 65-ci dəqiqəsində çıxıb. Matç "Trabzonsporun" 1–4 hesablı qələbəsi ilə başa çatıb. "Trabzonsporda" ilk qolunu 22 dekabr 2016-cı ildə keçirilən "Trabzonspor" — "Kızılcabölükspor" matçının 35-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Ömür 85-ci dəqiqədə əvəzlənib. Matç "Trabzonsporun" 5–0 hesablı qələbəsi ilə başa çatıb.
Vəhşi öküz
Öküz (dəqiqləşdirmə)
Öküz — İnək heyvanının erkəyi. Öküzlər — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid yarımfəsilə. Öküz soliteri — lentşəkilli qurdlar sinfinə aiddir.Digər Öküzovtala — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Öküzotu — çobanyastığıkımılər fəsiləsinə aid bitki cinsi. Öküzboğan — kərəvüzkimilər fəsiləsinə aid bitki cinsi. Öküzə sitayiş (totemizm) — qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması.
Öküz soliteri
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz solterinin epidemiyası Afrika, Latın Amerikası, Filippində və Şərqi Avropa ölkələrində mövcuddur. == Xarakteristika == Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin bədəninə yumurta şəklində daxil olur, finna şəklində tərk edir. Yastı qurdlar əksəriyyəti kimi hermofroditdir. Uzunluğu 4–10 metrdir. Başcıqda 4 sormacıq vardır. Eynicinslidir. Yetkin sürfəsi qaramalın əzələsində yaşayır.
Ömür Nağıyev
Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti, ikinci rejissor, arxiv kadrlarda iştirak edən. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. Bakı Bələdiyyə teatrında işləyib. “Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Ötkür Həsən
Ötkür Hesen (10 aprel 1993, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) hal-hazırda Çin Birinci Liqasında "Siçuan Ciuniu" komandasında oynayan Uyğur — Çin peşəkar dərnək futbolçusudur . == Klub karyerası == "Şandonq Lunenq Tayşan"-ın gənclər heyətində oynadıqdan sonra Ötkür 2011-ci ildə peşəkar futbol karyerasına başladı. Çin İkinci Liqasında "Şandonq Lunenq" gəncər komandasında oynadı və mövsümdə 14 oyun keçirdi.2012-ci ildə "Şandonq Lunenq"-in ilk komanda heyətinə yüksəldi. 19 avqust 2012-ci ildə Ötkür Super Liqada ilk oyununu "Quanju RF"-yə qarşı səfərdə 4–2 məğlubiyyətində etdi. Lakin ilk yarıda "Şandong Lunenq" üç qol buraxdıqdan sonra 46-cı dəqiqədə Du Vei tərəfindən əvəz olundu. 2014-cü ilin yanvarında Ötkür 31 dekabr 2014-cü il tarixinədək Çin Birinci Liqasında "Hebey Conqci" komandasında oynadı. 2015-ci ildə "Hebey Conqci" komandasına qalıcı bir transfer etdi. 2016-cı ildə digər komandaya göndərildi. 2017-ci ilin fevral ayında Ötkür, Çin Birinci Liqasında "Dalian Transsedens" komandasına transfer olundu. == Beynəlxalq karyera == Ötkür, Çin U-20 komandasına ilk çağırışını Su Maojen tərəfindən 2010-cu ilin dekabrında aldı.
İbtidai öküz
İbtidai öküz (lat. Bos primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.
Əsl öküz
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Bala Kür
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Dəli Kür
"Dəli Kür" əsəri — böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında "Dəli Kür" adlı film çəkilmişdir. == "Dəli Kür" əsəri haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan "Ayrılan yollar" adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan "Dəli Kür" adlı əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == "Dəli Kür" əsərinin qısa məzmunu == "Dəli Kür" adlı əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Kür (1963)
== Məzmun == Azərbaycanda çaylar çoxdur. Kür çayı onlardan biridir. Filmdə Kür çayından, Mingəçevir yaxınlığında salınmış süni göldən, Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyətindən bəhs olunur.
Kür (Bostanabad)
Kür (fars. كر‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,367 nəfər yaşayır (554 ailə).
Kür (dəqiqləşdirmə)
Kür — Qafqazda çay. Uzunluğu 1515 km. Kür (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində qəsəbə. Kür (film, 1963) — Azərbaycan filmi.
Kür (Şəmkir)
Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür. Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür Dili
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada. Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır. Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür. == Coğrafiyası == Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüt edir.
Kür Qarabucaq
Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir-birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Kür çayı sahilində yerləşir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Kür altağızı
Kür altağızı (lat. Chondrostoma cyri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin altağız cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. == Cografiyası == Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Kür kələmosu
Kür kələmosu (lat. Acipenser nudiventris derjavini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinin kələmo növünə aid heyvan yarımnövü. Əsasən Orta və Cənubi Xəzərdə, bəzən isə Şimali Xəzərdə rast gəlinir. Keçici balıqdır. Kür, Ural və Səfidrut çayında çoxalır. Qara və Azov dənizlərində yayılmışdır.
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . == Toponimikası == Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. == Karyera == 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Otkur-Romaneş
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Oxkur silsiləsi
Oxkur (gürc. ოხკრი) — Şərqi Qafqazın Yan silsiləsində yerləşən dağ massivi. Oxkur silsiləsinin ən yüksək nöqtəsi Şan dağı olub hündürlüyü 4451,8 metrdir. Dağ silsiləsi Terek çayının qolları arasında suayrıcı rolunu oynayır: cənubda Kistinka çayı (Xde dərəsi) və şimalda Armxi çayı (Şondon qolu ilə). Silsilə yaxınlığında olan digər obyektlər: Armxi çayı üzərində olan Ezmin SES, Armxi sağlamlıq və turizm kompleksi, Alkun-Oleqeti-Jeyrax avtomobil yolu, Terek çayı yaxınlığında Tamaranın dağılmış qəsri, Kistinka çayının yuxarı axarlarındakı Kibişi buzlağı və s. == Sərhədləri == Oxkur silsiləsindən Şərqi Qafqazın Yan silsiləsi başlayır. Silsilənin davamı hərbi xəritələrdə göstərildiyi kimi Şavan silsiləsidir. Oxkurun şərq sərhəddində — Gürcüstan yayalası və Rustavi buzlağı yerləşir. Məhs bu ərazidən Yan silsilə başlayır. Yan silsilə Baş Qafqaz silsiləsinə 3000 m hündürlüyə kimi yaxınlaşır və sonra kəskin olaraq şimal-şərqə dönür.
Rüşdü Onur
Rüşdü Onur ( 3 Avqust 1920 Devrək – 2 Dekabr 1942 İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri “Zonquldağ şairləri” olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı “Kəpənəyin Yuxusu” adlı filmə çəkilmişdir. == Həyatı == 3 Avqust 1920 ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933 cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938 ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Daysuke Oku
Daysuke Oku (7 fevral 1976 – 17 oktyabr 2014) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 26 oyun keçirib, 2 qol vurub.