Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(14 iyul 1910, Ula, Muğla ili – 10 oktyabr 2008, Muğla) —Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. == Həyatı == 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya. Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995–1996-cı illərdə Sahib Məmmədov, 1998–2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir. Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır. Vəhdət Partiyası 2016–2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur. Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur. == Tarixi == Vəhdət Partiyası 1994-cü ildə Bakı və Kəndlər Birliyinin bazasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Şəfiq Pənahi və başqaları tərəfindən yaradılmışdır.
Vəhdət Sultanzadə
Vəhdət Sultanzadə (14 oktyabr 1935, Bakı – 28 mart 2022, Bakı) — Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu. == Həyatı == Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci ilin oktyabr ayının 14-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. Vəhdət Sultanzadə 28 mart 2022-ci il tarixində vəfat etmişdir. Həmin gün saat 14:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Diplomatik fəaliyyəti == Vəhdət Sultanzadə 1962–1966-cı illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışmışdır. 1970–1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində çalışmış, vəzifəsini SSRİ-nin İran İslam Respublikasındakı konsulu kimi başa vurmuşdur. Vəhdət Sultanzadə 1988–1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu vəzifəsini tutmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra o, 1991–1993-cü illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu vəzifəsini daşımışdır.
Vəhdət kilsəsi
Vəhdət kilsəsi — müasir dini cərəyan. Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur. === Yaranması === 1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır. Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür. Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır.
Vəhdətiyə
Vəhdətiyə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Sədabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,023 nəfər və 2,250 ailədən ibarət idi.
Ölçmələr
== Ölçmələr == Ölçmə-xüsusi texniki vasitələrin köməyi ilə təcrübə yolu ilə fiziki kəmiyyətin qiymətinin tapılmasıdır.Özünün müəyyən inkişaf mərhələsində ölçmələr metrologiyanın əmələ gəlməsinə səbəb olmuşdur.İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələrə orqanoleptik ölçmələr,intuisiyaya əsaslanan ölçmələrə evristik ölçmələr,xüsusi texniki vasitələrdən istifadəyə əsaslanaraq aparılan ölçmələrə isə aləti ölçmələr deyilir. Aləti ölçmələr avtomatlaşdırılmış və avtomatik olur. == Ölçmələr haqqında anlayış == İnsan yüksək təkmilləşmiş «ölçmə vasitəsidir». Lakin ən obyektiv ölçmə insan iştirakı olmadan aparılan ölçmələrdir. İnsanın hiss orqanlarından istifadəyə əsaslanan ölçmələrə orqanoeleptik ölçmələr deyilir. İntuisyaya əsaslanan ölçmələrə eviristik ölçmələr deyilir. Xüsusi texniki vasitələrin köməyi ilə aparılan ölçmələrə aləti ölçmələr deyilir. Avtomatlaşdırılmış ölçmələr Avtomatlaşdırılmış ölçmələrdə azda olsa insan rolu vardır. Avtomatik ölçmələr Avtomatik ölçmələr insanın iştirakı olmadan yerinə yetrilir. Bu ölçmənin nəticəsi sənəd formasında verilir və tam obyektiv olur.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Məhsəti (Gəncə)
Məhsəti — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Məhsəti yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Məhsəti qəsəbəsi mərkəz olmaqla Məhsəti qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Qəsəbə Məhsəti Gəncəvinin adını dayışır. == Əhalisi == Məhsəti qəsəbəsində 4 minə yaxın yaşayış evi mövcuddur.
Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – təq. 1181, Gəncə) — XII əsrdə yaşamış farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur orta əsr Fars şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir.
Rəhməti Təbrizi
Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi. == Həyatı == Təx­mi­nən XVI əs­rin or­ta­la­rın­da Təb­riz­də dün­ya­ya gəl­miş, Hin­dis­ta­na sə­fər edə­rək 1616-cı il­də ora­da və­fat et­miş Rəh­mə­ti Təb­ri­zi­dir. Təz­ki­rə­çi Tə­qi Əv­hə­di "Ərə­fa­tül-aşi­qin və ərə­sa­tül-ari­fin" ad­lı təz­ki­rə­sin­də onun Hin­dis­tan sə­fə­rin­dən əv­vəl (1605-ci il­dən ön­cə) 7-8 min beyt­lik di­va­nı­nı gör­dü­yü­nü qeyd et­sə də, şai­rin AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tun­da sax­la­nı­lan şeir­lə­ri 2050 beyt həc­min­də­dir. Bu şeir­lə­rin ək­sə­riy­yə­ti fars­ca­dır, cə­mi 25 qə­zəl və 1 rü­bai (129 beyt) Azər­bay­can türk­cə­sin­də­dir. Şa­ir fars­ca yaz­dı­ğı fəx­riy­yə­lə­rin­də döv­rü­nün bir sı­ra sə­nət­kar­la­rı­nın, ərəb şair­lə­rin­dən Bux­to­ri və Bu fə­ra­sın, fars şair­lər­dən Ün­sü­ri, Ən­və­ri, Ru­də­ki, Əs­cə­di, Fü­tu­hi, Də­qi­qi və baş­qa­la­rı­nın adı­nı çə­kir, özü­nü on­lar­dan üs­tün sa­yır. Ad­la­rı­nı çək­mə­sə də, onun türk­cə şeir­lə­rin­də Nə­vai və Fü­zu­li­dən tə­sir­lən­di­yi­ni gör­mə­mək müm­kün de­yil. I Şah Ab­ba­sın döv­rün­də (1587-1629) Hin­dis­ta­na mü­ha­ci­rət edən şa­ir bu öl­kə­nin müx­tə­lif ədə­bi məc­lis­lə­rin­də çox yük­sək də­yər­lən­di­ri­lən Nə­vai şeir­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­maq im­ka­nı əl­də et­miş­di. C.Na­ğı­ye­va Rəh­mə­ti­nin Nə­vai ya­ra­dı­cı­lı­ğı­na ya­xın­lı­ğı ba­rə­də ya­zır: "Rəh­mə­ti də Nə­vai ki­mi in­sa­nı hər şey­dən uca tut­muş­dur. Əgər Nə­vai­də "Məs­hə­fi-hüs­nün­də gör­düm bis­mil­la­hi­ni" oxu­yu­ruq­sa, Rəh­mə­ti "Məs­hə­fi-hüs­nün­də ol pey­vəs­tə bis­mil­lah­lər" de­yir. Hər iki şair­də za­hid və vaiz­lə­rin tən­qi­di ey­ni­dir.
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. == Haqqında == Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Ölkələrin paytaxtları
== A == == B == == Ç == == C == == D == == E == == Ə == == F == == G == == H == == X == == İ == == K == == Q == == L == == M == == N == == O == == Ö == == P == == R == == S == == Ş == == T == == U == == V == == Y == == Z == Kursivlə yazılmış ölkələr asılı ərazilərdir.
Ölkələrin siyahısı
Bu siyahıda aşağıdakı tiplərə bölünən 244 ölkə və ərazi var: 195 dövlət – Beynəlxalq səviyyədə tanınmış müstəqil dövlət: 193 dövlət – Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər. 2 dövlət – beynəlxalq səviyyədə tanınan, lakin BMT üzvü olmayan (BMT-nin daimi müşahidəçisi): Müqəddəs Taxt-Tac tərəfindən idarə olunan – Vatikan Şəhər Dövləti və Fələstin Dövləti 8 dövlət – beynəlxalq səviyyədə tanınmamış, lakin heç biri BMT-nin üzvü olmayan, Montevideo Razılaşması presedentinə əsaslanan adi beynəlxalq hüquq çərçivəsində dövlətlər kimi müəyyən edilə bilən: 1 dövlət – 1971-ci ildən sonra BMT üzvü olmayan, BMT-yə üzv 22 dövlət və Vatikan tərəfindən tanınan və hal-hazırda bir çox başqa ölkələrlə faktiki beynəlxalq münasibətləri olan Çin Respublikası (adətən Tayvan adlandırılır). 1 dövlət – BMT-yə üzv 46 dövlət tərəfindən tanınan, lakin BMT tərəfindən tanınmayan, ərazisinin çox hissəsi Mərakeşin faktiki idarəsi altında olan, Qərbi Səhrada yerləşən – Səhravi Ərəb Demokratik Respublikası. 1 dövlət – BMT üzvü olan 43 dövlət və Çin Respublikası tərəfindən tanınan – Kosovo Respublikası. 1 dövlət – BMT üzvü olan 6 dövlət tərəfindən tanınan – Abxaziya. 1 dövlət – BMT üzvü olan 5 dövlət tərəfindən tanınan – Cənubi Osetiya. 1 dövlət – diplomatik olaraq Türkiyədən başqa BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan – Şimali Kipr Türk Respublikası. 2 dövlət – faktiki müstəqil, lakin BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmayan:Prednestroviya və Somalilend. 38 məskunlaşdırılmış asılı ərazi: 3 xarici ərazi – Avstraliyanın xarici əraziləri: Milad adası, Kokos adaları və Norfolk adası. 2 xarici ölkə – Danimarka Birləşmiş Krallığında: Farer Adaları və Qrenlandiya adası.
Aşıq Qurban Rəhməti
Aşıq Qurban Rəhməti (1970, Takab, Qərbi Azərbaycan ostanı – 8 dekabr 2017, Takab, Qərbi Azərbaycan ostanı) — Cənubi Azərbaycanlı tanınmış aşıq. == Həyatı == Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür. == Yaradıcılığı == Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur. == Ölümü == 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.
Məhsəti Gəncəvi Mərkəzi
Məhsəti Gəncəvi Mərkəzi — Gəncə şəhərində yerləşən mərkəz. Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də baş tutub. == Mərkəz haqqında == Binanın inşasına 2013-cü ildən başlanılıb və 2014-cü il yanvarın 21-də açılış mərasimi baş tutub. Məhsəti Gəncəvi Mərkəzi 3 mərtəbə, 1 zirzəmidən ibarətdir. Mərkəzin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. yerləşir. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir. Mərkəzdəki elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Rəşid Rəhməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. == Həyatı == 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.
Baltikyanı ölkələrin müqayisəsi
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Qitələrarası ölkələrin siyahısı
İki qitədə yerləşən ölkələrin siyahısı — iki qitənin sərhədində yerləşən ölkələr
Skandinav ölkələrin müqayisəsi
Bu məqalə Skandinav ölkələrinin müqayisəsidir . == Coğrafiya == == Demoqrafiya == Mənbə: Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər Departamenti: Əhali bölgüsü (oktyabr 2019).
Ölkələrin İnternet Kodları
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Azərbaycanın şəhadəti (film, 2014)
Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)
Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.
Uşaq səadəti bayramı (film, 1980)
== Məzmun == Kinolent Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə mərkəzi republika stadionunda keçirilən ümumrespublika uşaq bayramına həsr olunmuşdur. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Bütün ölkələrin proletarları birləşin!
"Bütün ölkələrin proletarları, birləşin!" (rus. Пролетарии всех стран, соединяйтесь!) — SSRİ-nin dövlət şüarı. Şüarın müəllifi Karl Marksdır. == Şüarın digər dillərdə yazılışı == ərəbcə: !يا عمال العالم اتحدوا (oxunuş: Yā ummāl el-ʿālem ittaḥidū!) ermənicə: Պրոլետարներ բոլոր երկրների, միացե՜ք belarusca: Пралетарыі ўсіх краін, яднайцеся! bolqarca: Пролетарии от всички страни, съединявайте се! (okunuşu: Proletarii ot vsichki strani, saediniavaite se!) katalanca: Proletaris de tots els països, Uniu-vos! çincə: 全世界无产者,联合起来! xorvatca: Proleteri svih zemalja, ujedinite se! çexcə: Proletáři všech zemí, spojte se! estonca: Kõigi maade proletaarlased, ühinege!