İkidir gərçi pəriçöhrələrin güftarı; Bir imiş bunların iqrarı ilə inkarı.
□ İnkar etmək (eləmək, qılmaq) – bir şeyin varlığını, doğruluğunu və s.-ni qəbul və təsdiq etməmək, rədd etmək, danmaq.
Nainsaf köhnəpərəstlər mədəniyyətin və maarifin mənfəətlərini inkar edirlər.
Sən olmasan verməzdim mən eşqə bir məna; Bu yolda sən mana rəhbərsən, eyləməm inkar.
Güldəstə Güldəstə olduğunu bir daha inkar elədi.
// hüq. Özünə qarşı irəli sürülən və isnad edilən bir şeyi qəbul etməyib rədd etmək, danmaq. Günahını inkar etmək.
◊ İnkarı inkar fəls. – təbiətin, cəmiyyətin və təfəkkürün dialektik inkişafı prosesində yeninin törənməsi ilə tarixi ardıcıllıq arasındakı vəhdəti ifadə edən əsas qanunlardan biri.