Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çözümlülük
Çözümlülük – 1. Kəsilməz kəmiyyətin onun rəqəmli analoqu ilə verilməsinin dəqiqliyi. 2. Görüntünün dəqiqliyini müəyyənləşdirən xarakteristika. Görüntü displeyə çıxarıldıqda onun çözümlülüyü ekrandakı piksellərin sayı ilə müəyyən olunan bir düymdəki nöqtələrin sayına, printerə çıxarıldıqda isə bir düymdəki nöqtələrin sayına deyilir. Bu say da görüntünün dəqiqliyini və keyfiyyətini göstərir. Məsələn, bəzi lazer printerlərinin çözümlülüyü bir düymdə 300 nöqtə, yüksək çözümlülüklü printerlərdə isə bir düymdə 600 – 2000 nöqtə olur. Bəzi hallarda üfüqi və şaquli istiqamətlərdə çözümlülük üst-üstə düşmür. Çözümlülüyün 320 x 200 olması görüntünü əmələ gətirən nöqtələrin iri, görüntünün keyfiyyətinin isə aşağı olmasını göstərir. Çözümlülüyün 1240 x 800 olması görüntünün ibarət olduğu nöqtələrin yetərincə kiçik, görüntünün keyfiyyətinin isə yüksək olması deməkdir.
Özlülük
Özlülük (viskozitet) axan maddələrin daxilində bir hissəciyin digərinə nisbətən hərəkətinə qarşı göstərdiyi müqavimət ilə səciyyələnən xassədir. O, həm də daxili sürtünmə üçün bir göstəricidir. Özlü axm mll 'km ının əsas qanunauyğunluğu Nyuton tərəfindən qoyulmuşdur: F = η S Δ v Δ y {\displaystyle F=\eta S{\frac {\Delta v}{\Delta y}}} burada: F maye və qazın laylarının bir-birinə nəzərən sürüşməsini şərtləndirən toxunan qüvvə, S-sürüşmə baş verən qatın sahəsi, Δv/Δy –axının sürət qradiyentidir.η-mütənasiblik əmsalı dinamiklik əmsalı adlanır. O mayenin sürüşməyə müqavimətini kəmiyyətcə idfadə edir. Onun əksi olan φ=1/ηaxıcılıq adlanır. Maye şəklində olan metallarda da özlülük adi mayelərdə olan xassələrə malik olur. Xüsusi özlülük xassəsinə malik olan material kimi heliumu göstərmək olar. 2,172 K –də helium yüksək axıcılıq göstərərək onun özülülüyü sıfra bərabər olur. Özlülük materialların vacib fiziki-kimyəvi xassələrindəndir. Qaz və mayelərin boru ilə axması zamanı bu xassə xüsusi rol oynayır.
Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. == Özlülük indeksinin qiymətləndirilməsi == Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. == Özlülük indeksinin təyini metodları == Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Dözümlülük və ya Şelford qanunu
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır. Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.
Motor yağlarının özlülüyü və özlülük indeksi
Özlülük - mühərrik yağının əsas fiziki-kimyəvi göstəricisi və eyni zamanda onun tətbiqini müəyyənləşdirən xassədir. Bu xassəyə aşağı və yüksək temperaturlarda özlülük və özlülük indeksi daxildir. == Növləri == Motor yağının özlülüyü mayenin daxili siyrilmə gücünün ölçüsüdür. Texnikada iki növ özlülük mövcuddur: Dinamik özlülük, Kinematik özlülük. == Özlülük indeksi == Motor yağının kinematik özlülüyünün 40 və 1000C temperaturlarda ölçülməsi ilə təyin edilir. Özlülük indeksinin ölçü həddləri yoxdur. Özlülük indeksi nə qədər yüksək olarsa, temperatur dəyişməsi zamanı motor yağının özlülüyü bir o qədər az dəyişər. Mühərrikdə motor yağının böyük temperatur intervallarında (qışda mənfi temperaturlardan tutmuş yayda - 220-2300C qədər) işləməsini nəzərə alaraq, motor yağının yüksək özlülük indeksinin olması tövsiyə olunur.Təmiz mineral yağların Ö.İ. 85-105, sintetik motor yağların isə 120 –dən çoxdur. http://znanieavto.ru/ == Motor yağlarının kinematik özlülüyü == Motor yağlarının kinematik özlülüyü - normal və yüksək temperaturlarda motor yağının axıcılığını xarakterizə edən anlamdır. === Kinematik özlülük === ГОСТ- 33 və ASTM D445 sınaq üsulları üzrə təyin edilir.