DÖZÜMLÜLÜK

is. Dözmə, tab gətirmə, davam gətirmə qabiliyyəti; cismən və mənən möhkəmlik, davamlılıq, səbirlilik, səbat, mətanət. Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖZÜMLÜLÜK möhkəmlik — davamlılıq — mətanət — səbirlilik

Antonimlər (əks mənalı sözlər)

  • DÖZÜMLÜLÜK DÖZÜMLÜLÜK – SƏBİRSİZLİK Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir (“İzahlı lüğət”); Sərvinaz cavab tapmağa hazırlaş
DÖZÜMLÜ
DÖZÜMSÜZ
OBASTAN VİKİ
Dözümlülük və ya Şelford qanunu
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır. Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.

Digər lüğətlərdə

апокалипти́ческий лигни́новый мармела́дка оса́дка предпа́хотный семе́йные эксперимента́лка антресо́ли затере́ть приди́рчивый электро́нный Хопужское alanine dong examination paper partly projectivity teasel wormling автономия обмазаться переесть под соколиный фарт