Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir.Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir.Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. == Tarix == Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi. Bir gün alpinizmlə məşğul olmağa gedən Şounun ağlına bu iki fəaliyyəti birləşdirmək gəlmiş və yeni idman növü yaratmışdır. 1999-cu ildə o, beynəlxalq səfər çıxaraq yeni idman növünü tanıtmışdır.
İbrahim Üzülmez
İbrahim Üzülməz (10 mart 1974) — sol cinah müdafiəçisi mövqeyində oynamış türk milli futbolçusu, məşqçisidir. == Klub karyerası == 16 yaşında Gönenspor onun istedadını görüb transfer etdi. Burada özünü təkmilləşdirdikdən sonra sırasıyla; Kardemir Karabükspor, İskenderun Dəmir Çelik SK, Kardemir Karabükspor, Amasyaspor və yenə Kardemir Karabükspor kimi klublarda oynayıb. Daha sonra Qaziantepspora transfer oldu. Burada əvvəlki mövsümlərlə müqayisədə stabil matçlar oynayaraq böyük arzusu gerçəkləşdi və 2000–2001 mövsümünün transfer dövründə Beşiktaşa transfer oldu. Beşiktaşın 100-cü il çempion heyətində yer alıb. 2008–2009 mövsümündə o, Beşiktaşlı komanda yoldaşı İbrahim Toramanla dava edib və heyətdən kənarlaşdırılıb. Daha sonra hər ikisi bağışlandı, ancaq bu hadisədən sonra Beşiktaşda kapitanlığını itirdi. Mövsümün son həftəsində baş tutan "Dənizlispor " — "Beşiktaş" davasında məşqçi Mustafa Dənizli ona jest edərək yenidən kapitan sarğısını taxaraq çempion komandanın kapitanı kimi oyuna daxil edib. 100-cü ilində sağ ayağı ilə qol vurduğu Qalatasaray və bu mövsüm Fənərbaxça derbiləri və FC Barselona matçları 3–0, yüksək səviyyəli performansı ilə karyerasının ən yaxşı matçlarını keçirdi.