1. Çıxıb getmək, rədd olub getmək, uzaqlaşmaq, gözdən yox olmaq: getmək.
[Tükəz:] Kişi, dəli olubsan! Mən evimdən hara itiləcəyəm?
[Əbdürrəhman bəy:] …Əbdürrəhim, sən atanın goru, tez bir çubuq gətir ver, durum itilim buradan…
2. Əmr şəklində: itil, itil cəhənnəmə şəklində – rədd ol! çıx bayıra! çəkil get!
[Soltan bəy Əsgərə:] Tez ol, itil buradan!
[Nəcəf bəy Süleyman bəyə:] İtil bu saat mənim evimdən!
[Qumru:] İtil buradan, bir qıy çəkərəm, dünya yığılar.