SÜZÜLMƏK

f.
1. Qatışıqdan, aşqardan və s.-dən təmizlənmək, süzgəcdən keçirilmək. Məhlul süzüldü. Su süzüldü.
// Sudan ayrılmaq. Qatıq süzüldü. Düyü süzülüb.
2. Axmaq, damcı-damcı tökülmək, sızmaq.
Sarxan… yanaqlarına süzülən ( f.sif. ) iri yaş damlalarını sildi. M.Hüseyn.
Maya da özünü saxlaya bilməyib başını Səkinənin sinəsində gizlədərək süzülən ( f.sif. ) damcıları sildi. M.İbrahimov.
Dinlə, meşədəki bulaq nə deyir? Baxma ki, süzülür o, gilə-gilə. N.Xəzri.

// Sızıb keçmək.
…Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn.
Gülyanağa elə gəlirdi ki, göydən yerə süzülən ( f.sif. ) şəfəq Qəhrəmanlar kəndindəki gəncliyin, cavanların oxuduğu şən mahnının, qızların sevincinin, adamların məsud həyatının timsalıdır. Ə.Vəliyev.
Günəşin ilk şüaları hisli bacadan içəri süzülərkən Fatı yorğanı üstündən götürüb tulladı. Ə.Abasov.

3. Yarıyuxulu kimi olmaq; xumarlanmaq, axmaq (göz haqqında).
Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir.
Nə gözəl süzülür qara gözlərin; Əcəba, onları süzmək vaxtımı? M.Müşfiq.

4. Üzülmək, ilmələri qaçmaq, seyrəkləşmək. Şalvarın dizləri süzülüb. Pencəyin qolları süzülmüşdür.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜZÜLMƏK tökülmək
  • SÜZÜLMƏK köhnəlmək — dağılmaq — yırtılmaq — yeyilmək

Etimologiya

  • SÜZÜLMƏK Qərb dialektlərində pencəyin qolu süzülüb tipli cümlələr işlədilir. Sözün əsli süzülmək deyil, üzülməkdir
SÜZÜLMƏ
SÜZÜLMÜŞ

Digər lüğətlərdə

виту́шка глу́пенький деклама́торство заха́пать консульта́ция майоне́з обора́чиваться перро́нный подмета́ться поо́даль обла́живаться ободрать как ли́пку святота́тственно спинози́зм удаля́ть басма очи смок apprenticement nominating convention perihelia plessor rindless воздухоплавательный обмер