Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sücaət Əhmədov
Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943, Kəlbəcər – 13 noyabr 2002, Gəncə) — Azərbaycan şairi. == Həyatı == Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə (bəzi mənbələrdə 1946-cı il) Kəlbəcərdə Yunus Əhmədovun ailəsində anadan olub. Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır. === Ailəsi === Xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var. Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır. == Həbsi == Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdi. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur.
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent. == Həyatı == Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə “Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə “Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Şikayət
Şikayət — üçüncü şəxsin hərəkətlərindən kiməsə narazılıq ifadə edilməsi. Şikayət (hüquq) — dövlət orqanının səlahiyyətli şəxsinə kiminsə pozulmuş qanuni hüquqlarının bərpa edilməsi haqqında yazılı müraciəti.
Şikayət (dəqiqləşdirmə)
Şikayət — üçüncü şəxsin hərəkətlərindən kiməsə narazılıq ifadə edilməsi. Şikayət (hüquq) — dövlət orqanının səlahiyyətli şəxsinə kiminsə pozulmuş qanuni hüquqlarının bərpa edilməsi haqqında yazılı müraciəti.
Şikayət (hüquq)
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Şəfayət Mehdiyev
Mehdiyev Şəfayət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş.Mehdiyev M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20-25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
Luayet
Luayet (fr. Loyettes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Şuçye
Şuçye — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Hacımurad Şuqayev
Şuqayev Hacımurad Tairoviç — Azərbaycanın Əməkdar memarı (19.04.2000). == Həyatı == == Mükafatları == 2001-ci ildə Moskvada keçirilmiş "Zodçestvo-2001" beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görulmuşdur. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Hacımurad Şuqayevə həsr edilmişdir.
Maksim Surayev
Maksim Viktori Surayev (24 may 1972, Çelyabinsk) — Rusiya Dövlət Dumasında fəaliyyət göstərən təqaüdçü, rus kosmonavt və siyasətçi. 2016-cı ildə öz mövqeyini göstərmişdir. == Şəxsi == Surayev Çelyabinskidə anadan olmuşdur. Uşaqlıq dövründə Surayev atasının hərbi öhdəlikləri səbəbindən bir çox yerlərdə yaşamışdır. Əvvəlcə doğulduğu yerdən, Uralsdakı Çelyabinskdən Sibiriyə köçdü. Atası hərbi akademiyaya daxil olduqda Surayevin ailəsi yenidən Moskva ətrafına köçdü. Atası bir neçə poçt xidmətinə baxarkən Surayev yenidən Moskvanın ətrafındakı bir şəhərdən digərinə köçdü. Surayev Anna Aleksandrovna ilə evlidir. Onların iki qızı var – Arina və Kseniya. Onun istirahət maraqları idman və kitab oxumaqları əhatə edir.
Maqomed Sulayev
Maqomed Abueviç Sulayev (çeç. Сулаев, Магомет Абуевич; 20 sentyabr 1920, Qoytı – 11 noyabr 1992) — məşhur çeçen yazıçısı, şairi, həkimi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Maqomed Sulayev 20 sentyabr 1920-ci ildə Çeçenistanın Qoiti kəndində anadan olub. O, 1933-cü ildə kəndlərində ümumtəhsil məktəbini bitirmişdir. Sonradan Bakı fəhlə fakültəsində təhsil almışdır. 1941-ci ildə isə Maqomed Sulayev Bakıda Azərbaycan Tibb İnstitutunun məzunu olmuşdur. Universiteti bitirdikdən sonra M.Sulayev Çeçenistana qayıdır. Respublikanın və Qroznı şəhərinin rayon xəstəxanalarının baş həkimi kimi çalışır. Sulayevin ədəbi yaradıcılığının başlanğıcı gənclik dövrünə təsadüf edir. O, ilk şeiri "Çeçen mahnısı"nı 1939-cu ildə 15 yaşında yazıb.
Səfayət Hümbətov
Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur. 5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var.
Xudayət Orucov
Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xudayət Əsgərov
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006) == Həyatı == Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb. 1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
İjon-Piser Sullyet
İjon-Piser Sullyet (9 dekabr 1956, Puatye) — Fransız yazıçı və jurnalist. Əsasən Parisdə yaşayan çoxsaylı kitabların müəllifidir və Avropa Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının (CEDI) milli liderlərindən biridir. == Esseləri == Hallier, tout feu tout flamme, Neva Editions, 2023.ISBN 978-2-35055-309-2 Hallier en roue libre, Neva Editions, 2022.ISBN 978-2-35055-305-4 Hallier, L'Edernel retour, Neva Editions, 2021.ISBN 978-2-35055-295-8 Hallier, L'Homme debout, Neva Editions, 2020.ISBN 978-2-35055-285-9 Hallier Edernellement vôtre, Neva Editions, 2019. ISBN 978-2-35055-273-6 Hallier ou l'Edernité en marche, Neva Editions, 2018. ISBN 978 2 35055 247–7 Improvisation so piano, Neva Editions, 2017. ISBN 978 2 35055 228 6 Hallier, l'Edernel jeune homme, Neva Editions, 2016. ISBN 978 2 35055 217 0 88 notes pour piano solo, Neva Editions, 2015. ISBN 978-2-3505-5192-0 Piano ma non solo, Anagramme Ed., 2012. ISBN 978 2 35035 333–3 Bodream ou rêve de Bodrum, Anagramme Ed., 2010. ISBN 978 2 35035 279 4 Carré d'Art: Barbey d'Aurevilly, Corc Bayron, Salvador Dali, Jean-Edern Hallier, Anagramme Ed., 2008.