Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səripul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i dəricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Sehriq (Kəleybər)
Sehriq (fars. سهريق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (30 ailə).