Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazaxıstanda qız qaçırtma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur. Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir. Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi. Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər) ağır cinayət hesab edilmirdi.
Qız qaçırtma (film, 2017)
Qızqaçırtma — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. "Siz sevin, biz qaçırarıq". Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar. Uzun illərdir şirkətdə işləyən Məlik və Məmməd bir gün çətin sifariş alırlar. Varlı bir ailənin qızını sevən Gündüz, qızın atasından razılıq ala bilmədiyi üçün, tək çarə olaraq sevdiyi Günayı qaçırtmaq üçün, qəhrəmanlarımızın şirkətinə müraciət edir. Günayın çox ciddi qorumalar tərəfindən nəzrarətdə olması bu qaşırtma işini çətinə salır. Bunun üçün, Məlik və Məmməd, Qırğızıstanda bu işlə məşğul olan həmkarları Təzəkişini kömək üçün çağırırlar. Bütün hazırlıqlardan sonra min əziyyətlə qızı qaçırdan qəhrəmanlarımızı bir sürpriz gözləyir. Onların qaçırtdığı qız əslində Günay yox, onun əkiz bacısı Gülaydır. Öz başlarına yeni iş açan qəhrəmanlarımız, indi qızları dəyişməli və onların atasının təqibindən qaçmalıdırlar.
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.