Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şampan-Arden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenn
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenne
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan şərabı
Şalon-an-Şampan
Şalon-an-Şampan (fr. Châlons-en-Champagne), 1998-ci ilə qədər Şalon-sür-Marn (fr. Châlons-sur-Marne) — Fransanın Qrand Est regionunda şəhər. Marna departamentinin inzibati mərkəzidir.
Şampan-an-Valrome
Şampan-an-Valrome (fr. Champagne-en-Valromey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01087.
Şampan-sür-Uaz
Şampan-sür-Uaz (fr. Champagne-sur-Oise) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Bomon-sür-Uaz. Əhalisi — 4.404 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimalında, Serji bələdiyyəsinin 18 km şimal-şərqində yerləşir.
Şalon-an-Şampan (rayon)
Şalon-an-Şampan (fr. Châlons-en-Champagne) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Marna. Suprefektura — Şalon-an-Şampan. Rayon əhalisi 2006-cı ildə 101 220 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 57 nəf / km². Rayon sahəsi — 1778 km².
Şampanye (İzer)
Şampanye (fr. Champagnier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38068. Kommunanın 2012-ci il üçün əhalisi 1278 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 239 ilə 516 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Şampun
Şampun — Tədricən saçda toplanan yağları, çirki, dəri parçacıqları, kəpəyi, ətraf mühitin çirklədicilərin və digər çirkləndirici maddələri aradan qaldırılması üçün istifadə olunan saç qayğı məhsuludur.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Çampan (Sayınqala)
Çampan (fars. چمپان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şampən-Ərden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şaman (şəhər)
Şaman — Pakistanın şimalında, Bəlucistan əyalətində şəhər. Əfqanıstan sərhəddində yerləşir və Qəndəhar vilayəti ilə qonşudur. Əfqanıstan sərhəddinə yaxın olduğu üçün şəhər "Qızıl ayparanın" ən önəmli ixracatçı şəhərlərindən biridir.
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Şaman burnu
Şaman burnu (bur. Айха Шулуун, rus. Шаманский мыс) — Baykal gölünün qərb qutaracağında, Slyudyanka şəhəri ilə Kultuk qəsəbəsi arasında yerləşən burun. Yerli sakinlər və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Gölün içərilərinə 600 m məsafədə daxil olur. Kultuk körfəzinin mərkəzində yerləşir. Burunun şərq hissəsi «Starı kamen» adlanır. Eni 30 m, uzunluğu isə 200 netrdən çoxdur. Əsas buruna 10 m eni olan bərzəxlə birləşir. == Toponim və yerli adətlər == Buryatlar arasında burun müqəddəs sayılır.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. == Əhalisi == Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Pan de kampan
Pən dö kəmpəyn (fr. Pain de Campagne — kənd çörəyi) — Fransada biçirilən böyük dəyirmi çörək növüdür.
Şamdan bəy (dram)
"Şamdan bəy (dram)" — Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib. == Məzmunu == O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü. Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb. Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir: == Obrazlar == Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında Qulu — Yusifin nökəri Xədicə — Yusifin nişanlısı, 19 yaşında Hacı İbrahim — Xədicənin atası, 40 yaşında Nigar — onun övrəti, 50 yaşında Nazlı — onun qulluqçusu, 20 yaşında Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında.
Saman
Saman və ya Sahman— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,777 nəfər və 3,961 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Caesalpinia sappan
Biancaea sappan (lat. Biancaea sappan) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
Sappan sezalpiniyası
Biancaea sappan (lat. Biancaea sappan) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
Biancaea sappan
Biancaea sappan (lat. Biancaea sappan) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
Damğan
Damğan (fars. دامغان‎) — İranın Simnan ostanında yerləşən şəhər, Damğan şəhristanının mərkəzi. == Ümumi məlumat == Şəhər Tehran ilə Məşhəd arasındaki avtomobil yolu üzərində, Tehrana 342 km uzaqlıqdadır. 2006-cı il siyahıya alınmasına görə əhalisi 57331 nəfərdir. == Tarixi == Damğan orta əsrlərdə Kumis (Koomes) bölgəsinin mərkəzi olan önəmli bir şəhərdir. Amma o zamana aid bir neçə böyük sütun qalıntısından başqa bir əsər günümüzə çatmamışdır. İslam dönəminə aid ən önəmli əsərsə XI əsrdə inşa edilən indi yıxıq durumdaki, iki minarəli Tarixaneh Camidir. Bu cami İranın bilinən ən qədim məscididir. Şəhərin təqribən 26 km. şimalında Hecatompylos qalıntıları vardır.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Albizia saman
Albizia saman (lat. Albizia saman) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü.
Saman Təhmasibi
Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi. == Karyerası == Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu. Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu. 2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu. Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu. Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu. Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi. 2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.
Saman xudat
Saman xudat (VIII əsr, Bəlx vilayəti)—Samanilər sülaləsi əmirlərinin ulu babası. == Həyatı == Saman xudat bin Hamidan Bəlxdə yaşamışdı. Sülalənin banisi Saman-xudat (Saman-ata) ilk dəfə siyasi arenada VIII əsrin birinci rübündə peyda olur. Mənbələrə görə, bu dövrdə Saman –xudat Bəlxdən Xorasanın ərəb valisi Əsəd İbn Abdullah Əl Kəsrinin (və ya Əl Kuşairinin ) yanına, Mərvə gəlib onun vasitəsilə islamı qəbul etmiş və onun şərəfinə öz oğluna Əsəd adı vermişdir. Sonra o, öz oğlu ilə birlikdə Xorasanda Əbu Müslümün Əhli-Beyt hərəkatında iştirak etmişdir. Sonradan onun oğlu Əsəd, görünür ikinci dəfə İslamı, Mərvdə olduğu zaman Xəlifə Əl Məmnunun öz əlindən qəbul etmişdir. Saman-xudatın nəvələri, yəni Əsədin oğulları Nuh, Əhməd, Yəhya və İlyas Xəlifə tərəfinə keçərək Rəfi İbn Əl Leysin Orta Asiyadakı Əhli-Beyt hərəkatının ikinci üsyanının yatırılmasında iştirak etmişdilər. Xidmətlərinə görə, Mərvdən Bağdada getməzdən əvvəl Xəlifə Əl-Məmnun onları Maverənnəhrdəki şəhərlərə hakim təyin etmişdi. Samanilər sülaləsinin soyadı əcdad Saman-xudatın adı ilə bağlıdır. Mənbələrə görə o, Bəlx vilayətində yerləşmiş Saman məskəninin yaradıcısı və sahibi idi.
Saman adam
Saman adam — tanımadan və ya fərqi etiraf etmədən faktiki olaraq müzakirə ediləndən fərqli bir arqumentin təkzib edilməsinin qeyri-rəsmi yanlışlığı. Bunla məşğul olan birinin "saman adama hücum etdiyi" deyilir. Tipik saman adam arqumenti, rəqibin fikrini gizli şəkildə başqa bir fikirlə əvəz etməklə və sonradan rəqibin fikri əvəzinə həmin saxta arqumenti təkzib etməklə, onun fikrini təkzib etmək və ya məğlub etmək illüziyası yaradır. Saman adamı arqumentləri tarix boyu polemik debatlarda, xüsusən də yüksək emosional mövzularda istifadə edilmişdir.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. == Adı və etimologiyası == "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şamdlan
Şamdlan və ya Şandlan — Azərbaycanın İsmayıllı rayonunun Tircan kəndindən 3–4 kilometr cənub-şərqdə, Qızılca dərəsinin sol sahilində orta əsr yaşayış yeri. == Tarixi == Meşələrlə əhatə olunmuş və əlverişli mövqedə yerləşən Şamdlan təqribən 10 hektardır. Kəşfiyyat xarakterli axtarışlar zamanı dəmirçi emalatxanası, istehsalat tullantıları, şirsiz və şirli keramika qalıqları, şüşə qab və bilərzik nümunələri, kirkirə daşı, dəmir ox ucluğu və s. tapılmışdır. Azərbaycan Sovet Ensiklopediyasına görə, materiallar yaşayış yerinin IX–XIII əsrlərdə mövcud olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında bildirilmişdir ki, yaşayış yeri VIII–XVIII əsrlərə aiddir. Qeydiyyat nömrəsi 1153-dür.
Şampye
Şampye (fr. Champier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38069. Kommunanın 1999-cu il üçün əhalisi 967 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 470 ilə 631 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Şaumyan
Stepan Şaumyan — erməni əsilli inqilabçı və siyasi xadim. Şaumyan metrostansiyası — Şah İsmayıl Xətai metrostansiyasının əvvəlki adı. Yaşayış məntəqələri Azərbaycanda Şaumyan rayonu — Azərbaycan SSR-də 8 avqust 1930-cu ildən 7 fevral 1991-ci ilə qədər mövcud olmuş rayon. Şaumyankənd — Ağcabədi rayonunun Qaradolaq kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Şaumyan (Daşkəsən) Şaumyan (Qabaqtəpə, Daşkəsən) — Daşkəsən rayonunun Pirverdilər kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Şaumyan (Şaumyan, Daşkəsən) — Daşkəsən rayonunun Gurbulaq kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Şaumyanovsk — Goranboy rayonunun Aşağı Ağcakənd kəndinin 29 aprel 1992-ci ilə qədərki adı. Axtaçı Şaumyan — Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Şaumyanovka — Sabirabad rayonunun Məmişlər kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Şaumyanabad — Şamaxı rayonunda kənd.
Salban
Solban — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Salpae
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Salpaу
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Etimologiyası == Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.