Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir.
== Tarixi ==
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir.
=== I Gəncə Beynəlxalq Şərab Festivalı ===
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur.
=== II Gəncə Beynəlxalq Şərab Festivalı ===
İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir.
=== III Gəncə Beynəlxalq Şərab Festivalı ===
Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu.
=== IV Gəncə Beynəlxalq Şərab Festivalı ===
Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu.
== Adət ənənə ==
Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur.
== Müsabiqə ==
Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır.
== Nümayiş ==
Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.