Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şəxsiyyət
Şəxsiyyət— ümumdanışıq, hüquqi və elmi termin. Aşağıdakıları göstərir : cəmiyyət münasibətləri, şüurlu fəaliyyət obyekti olan insan fərdi ; fərdi cəmiyyətin və sosial qrupun üzvü kimi xarakterizə etməyə imkan verən sosial cəhətlər. Bir sıra hallarda bu anlayışlar sinonim kimi işlənir.. === Şəxsin xarakterik cəhətləri === Şüur Hisslər İradə AzadlıqŞəxsiyyət insanın psixoloji siması olub , şüura , mənliyə malik olan , öz hərəkətlərinə cavabdeh , ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixidövrdə yaşayıb fəaliyyət göstərən , gerçəkliyi dərk esib müəyyən istiqamətdə dəyişdirən , ünsiyyətə girməyi bacaran konkret canlı insandır.
Sibiyyət
Sibiyyət — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Şəxsiyyət böhranı
ən psixoloq görə, yeniyetməlik böhran ruh fəlsəfəsi ortaya haqlı. Bu dövrdə hər bir fəaliyyət tərəddüd bir çox müşayiət ki, vəba fəaliyyəti şübhə edir. şəxsiyyət böhranı izah Erickson o həlledici olduğunu söylədi şəxsiyyətin formalaşması. == BÖHRANIN PSIXOLOGIYA == son illərdə böhran vəziyyətdən çıxış yolu tapmaq problem psixologiya əhəmiyyəti lider mövqeyə gəldi. Alimlər yalnız səbəbləri və depressiya qarşısını almaq üçün, həm də həyat şəxsi vəziyyəti köklü dəyişiklik şəxs hazırlamaq yollarını inkişaf yolları üçün axtarış ilə məşğul deyil. stress, onun fikir belə azad səbəb hallar asılı olaraq: böhranın inkişafı - bu inkişaf bir tam dövrü növbəti keçid ilə bağlı çətinliklər var.Travmatik böhran qəfil hadisələr və ya xəstəlik və ya zədə ilə fiziki sağlamlıq itirməsi nəticəsində gərgin nəticəsində yarana bilər.zərər və ya ayrılması böhran - özünü və ya bir sevilən bir ölümündən sonra, və ya məcburi ayrılması vəzifə at. Bu növ çox sabitdir və bir çox illər davam edə bilər. Tez-tez valideynləri boşanmış uşaqlar baş verir. uşaqlar karşılaşırsanız ailə böhran ölüm öz ölümü əks səbəbiylə pisləşə bilər. Hər böhran vəziyyəti müddəti və intensivliyi insanın fərdi iradi keyfiyyətləri və onun bərpası yolları asılıdır.
Şəxsiyyət pozuntuları
Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçün insanın şəxsi və sosial həyatında çox ciddi surətdə bir problemə yol açan deviant davranış silsiləsi mövcud olmalıdır. Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Tədqiqatçılar hələ də şəxsiyyət pozuntularının səbəbləri barədə dəqiq məlumata malik deyil.
Şəxsiyyət pozğunluğu
Şəxsiyyət pozuntuları — uzunmüdətli, güclü və müqavimətli düşüncə və davranış qəliblərilə xarakterizə olunmuş pozuntular sinfidir. Şəxsiyyət pozuntularının aşkarlanması və təsnif edilməsi çoxpilləli və çətin prosesdir. Pozuntuların mənbəyi filogenetik inkişaf prosesi tərkibində — genetik və ya ontogenetik inkişaf çərçivəsində formalaşa bilir. Bəzi hallarda isə həm irsi, həm də ontogenetik mənbəyə sahib ola bilər. Şəxsiyyət pozuntularının aşkara çıxarılmasında fərdin tərkibində formalaşdığı mədəni və sosial mühit ən əsas faktordur. Bir vəziyyətə şəxsiyyət pozuntusu kimi diaqnoz qoyulması üçün insanın şəxsi və sosial həyatında çox ciddi surətdə bir problemə yol açan deviant davranış silsiləsi mövcud olmalıdır. Şəxsiyyət pozuntuları fərdin aid olduğu mədəni normaların xaricində olan davranış tərzi və daxili təcrübələrdir. Bu cür davranış tərzləri elastiklikdən uzaq və qarşıqoyulmazolur. Yeniyetməlikdə və ya gənclik dövründə üzə çıxır və fərdin həyatında ciddi problem və zədəyə yol açır. Tədqiqatçılar hələ də şəxsiyyət pozuntularının səbəbləri barədə dəqiq məlumata malik deyil.
Şəxsiyyət kultu
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Onlayn şəxsiyyət
Onlayn şəxsiyyət, həmçinin internet kimliyi, onlayn kimlik və ya internet şəxsiyyəti — internet istifadəçisinin onlayn icmalarda və veb-saytlarda yaratdığı sosial şəxsiyyət. Bu, həm də şəxsin özünün fəal şəkildə formalaşdırılmış təqdimatı ola bilər. Bəzi insanlar onlayn olaraq öz həqiqi adlarından istifadə etməyi seçsələr də, bəzi internet istifadəçiləri özlərini təxəllüslər ilə təqdim edərək anonim qalmağa üstünlük verirlər. Bu, müxtəlif miqdarlarda şəxsiyyəti müəyyən edən məlumatları ortaya qoyur. Onlayn şəxsiyyət hətta istifadəçinin onlayn məkanda bir hissəsi olduğu müəyyən sosial qrupa münasibəti ilə də müəyyən edilə bilər. Bəziləri öz şəxsiyyətləri haqqında yanıldıcı məlumatlar ortaya qoya bilərlər. Bəzi onlayn kontekstlərdə, o cümlədən İnternet forumlarında, onlayn söhbətlərdə və kütləvi şəkildə çox oyunçulu onlayn rol oynayan oyunlarda (MMORPG) istifadəçilər avatar, ikon ölçülü qrafik təsviri seçməklə özlərini vizual olaraq təmsil edə bilərlər. Avatarlar istifadəçilərin onlayn şəxsiyyətlərini ifadə etmə üsullarından biridir. Digər istifadəçilərlə qarşılıqlı əlaqədə qurulmuş onlayn şəxsiyyət reputasiya qazanır və bu, digər istifadəçilərə şəxsiyyətin etibara layiq olub-olmaması barədə qərar verməyə imkan verir. Onlayn şəxsiyyətlər identifikasiya vasitəsilə istifadəçilərlə əlaqələndirilir ki, bu da adətən qeydiyyat və daxil olmağı tələb edir.
Şəxsiyyət (sosiologiya)
Şəxsiyyət— ümumdanışıq, hüquqi və elmi termin. Aşağıdakıları göstərir : cəmiyyət münasibətləri, şüurlu fəaliyyət obyekti olan insan fərdi ; fərdi cəmiyyətin və sosial qrupun üzvü kimi xarakterizə etməyə imkan verən sosial cəhətlər. Bir sıra hallarda bu anlayışlar sinonim kimi işlənir.. === Şəxsin xarakterik cəhətləri === Şüur Hisslər İradə AzadlıqŞəxsiyyət insanın psixoloji siması olub , şüura , mənliyə malik olan , öz hərəkətlərinə cavabdeh , ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixidövrdə yaşayıb fəaliyyət göstərən , gerçəkliyi dərk esib müəyyən istiqamətdə dəyişdirən , ünsiyyətə girməyi bacaran konkret canlı insandır.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur.Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər.Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir. Belə ki, rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirmişdir.Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazırdı: "1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı.
Paranoid şəxsiyyət pozuntusu
Paranoid şəxsiyyət pozuntusu — kənar şəxslərin nəzərində, adətən, qapalı, qeyri–səmimi həmişə özündən razı şəxs kimi tanınırlar. Eqoistlik və başqalarının fikri ilə razılaşmamaq meyli də bu xüsusiyyətə aiddir. Onların görüş dairəsi şəxsi keyfiyyətləri çərçivəsindən kənara çıxmır. Şəxsi həyatları mənəvi cəhətdən kasad olur, insanlarla yaxınlığa meyl etmirlər. Tənha yaşamağa çalışırlar. Başqalarının fikirlərini daim inkar edirlər, tənqidləri qəbul etmirlər. Onlar üçün tək həqiqət şəxsi fikirlərinin doğruluğudur. Fikirlərini qəbul etməyən şəxslərə düşmən gözü ilə baxırlar. Qannuşkin (1875-1933) fanatiklər olaraq qəbul etdiyi bir sinifi də paranoidlərə aid edir. Bu sinif öz maddi maraqları uğrunda deyil, qarşıya qoyduğu məqsəd uğrunda mübarizə aparırlar.
Şizoid şəxsiyyət pozuntusu
Şizoid şəxsiyyət pozuntusu — belə şəxslərin cəmiyyətdə özünü aparması, geyimləri, mimikası, jestləri və.s özünəməxsus olur. Çox danışmağı sevmirlər, mimika və jestlərlə cavab verirlər. Uşaq yaşlarından həmyaşıdları ilə əlaqədə olmurlar. Ona görə də yaş artdıqdan sonra yaxın saya biləcəkləri insanlar olmur.
Narsistik şəxsiyyət pozuntusu
Narsistik şəxsiyyət pozuntusu — bir insanın digər insanlardan özünəməxsusluğuna, xüsusi statusuna, üstünlüyünə, böyüklüyünə inamı ilə səciyyələnən şəxsiyyət pozğuntusu; istedad və nailiyyətlər haqqında şişirdilmiş fikir; öz uğurları haqqında fantaziyalarla məşğul olmaq; başqalarından qeyd-şərtsiz yaxşı münasibət və şübhəsiz itaət gözləmə; öz unikallığını və əhəmiyyətini təsdiqləmək üçün başqalarının ona heyranlığını axtarmaq; empatiya göstərə bilməmək; başqalarının onlara həsəd apardığı aqqında fikirlər. Narsistik insanlar daima başqalarının onlar haqqında fikirlərini idarə etməyə çalışırlar. Onlar özlərini əlaqələndirdiklərini ideallaşdırarkən, dünyada demək olar ki, ətraflarında olan hər şeyi dəyərsizləşdirməyə meyllidirlər. == Adının mənşəyi == Bu xəstəliyin adı bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir.
Səriyyə Müslüm qızı
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Vəfalı Səriyyə (pyes)
Vəfalı Səriyyə və ya Göz yaşları içərisində gülüş—Cəfər Cabbarlının məşhur 4 pərdəli dramı,əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Bu əsərdə müəllif cəmiyyətdəki ədalətsizliklərdən bəhs edir. == Mövzu və Süjet == Əsərdə cəmiyyətdəki ədalətsizliklər özünü göstərirdi. Pyes XX əsrin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin aydın şəkildə özündə əks etdirir. Vəfalı Səriyyə yaxud Göz yaşları içərisində gülüş ədəb- mədəni və mənəvi mühitin aydınlığa çıxmasında, peşəkar teatrın püxtələşməsində, yeni aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayır. Pyesin baş qəhrəmanları Səriyyə və Rüstəmdir.Əsərdəki qəhrəmanlasr iki hissəyə bölünür: bir tərəf müasir təhsili, savadı və tərbiyəni təmsil edir.Bunlar Səriyyə. Onun əmisi oğlu və sevgilisi Rüstəm, dayısı oğlu Məhərrəmdir. Mənfi tərəfdə isə Səriyyənin anası Çimnaz, onun dayısı Həmzə, dayısı oğlu Qurbandır.İkinci tərəf köhnə dədə-baba mühitini,təhsilsizliyi və müasir mədəniyyətdən uzaqlığı təmsil edir. Bu yaxın qohumlar arasında konfilikt sadədir: Səriyyə bir yerdə böyüdüyü əmisi oğlu student Rüstəmi sevir. Lakin qızın anası Çimnaz onu öz qohumuna-dayısı oğlu Qurbana vermək istəyir.
İrbad ibn Səriyyə
İrbad ibn Səriyyə (v. 694, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əhli-Suffadan olan mühacir. Quran təfsirçilərinə görə, o, Allah-Təalanın Quranda adını çəkdiyi yeddi nəfərdən biridir. Quranda deyilir: Əbu Muşir və başqalarının dediklərinmə görə İrbad hicri 75-ci ildə vəfat etmişdir.
Şəxsiyyət və Zaman (kitab)
Şəxsiyyət və Zaman — yazıçı-publisist Elmira Axundovanın çoxcildlik (altı cildlə və yeddi kiatbdan ibarətdir) kitabıdır. Kitab Heydər Əliyevin çətin və şərəfli həyat yolu və mübarizəsi haqqında yazılmış ən geniş həcmə malik olan ilk monumental əsərdir. Sənədli-bədii-publisist əsərdir. Bu çoxcildlik nəşr Azərbaycanda ilk bioqrafik roman - hər biri epopeya kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Kitab 7 dildə çap olunub. == Azərbaycan dilində cildləri == • Axundova, Elmira Hüseyn qızı. Heydər Əliyev: şəxsiyyət və zaman / E. H. Axundova I hissə: 1923-1969 / red. V. Morozkov.- Bakı: Ozan, 2007.- 352 s. • Axundova, Elmira Hüseyn qızı.