Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Sinek
Sinek - rok qrupudur. Onların musiqi alternativi rokun və pop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Adem Polat, Uğur Koçoğlu, Gökhan Çevir, Sabri Uluhan və Gökhan Taşkın ibarətdir. Uğur Koçoğlu qrupun solistidir.
Siniger nunatakı
Siniger nunatakı (bolq. нунатак Синигер, ‘Nunatak Siniger’ \'nu-na-tak si-'ni-ger\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 500 m hündürlüklü qaya nunatakıdır.Nunatak cənubi Bolqarıstanda yerləşən Siniger şəhərinin adını daşıyır. == Yerləşməsi == Siniger nunatakı 63°43′23″ c. e. 58°25′12″ q. u. koordinatlarında yerləşmişdir. Morava zirvəsindən 2.97 km şimal-şərqdə, Kanikula dağından 4.65 km şərqdə, Giqen zirvəsindən 3.85 km cənubda, Panhard nunatakından 6.54 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.
Pentti Siimes
Pentti Siimes (10 Sentyabr 1929 – 27 Oktyabr 2016) — Finlandiyalı film aktyoru. O, 1946-cı il ilə 2008-ci il arasında 86-dan çox film və televiziya şousunda rol oynamışdır. Siimes film karyerasına Miriam filmi ilə başlamışdır. Film 8-ci Berlin Beynəlxalq Film Festivalında iştirak etmişdir. Onun ata babası Polşalı idi. Siimes 1956-cı ildə aktrisa Elina Pohyanpaa ilə ailə həyatı qurmuş və 1996-cı ildə o ölənə kimi onunla birlikdə olmuşdur. == Filmoqrafiyası == Naməlum əsgər (1955) Miriam (1957) Qaz, Müfəttiş Palmu!