SİNMƏK

f.
1. Gözə daha az çarpmaq üçün aşağı oturmaq, əyilmək, gizlənmək, çuxura yatmaq; qorxub büzülmək.
Kərbəlayı Tapdıq bəllədiyi tağların dibinə sindi. Mir Cəlal.
Tank Aslanın yerə sindiyi çökək üzərinə sıçradı. Ə.Məmmədxanlı.
Bu quşlar çox vaxt tək-tək, bəzən cüt-cüt gəzər və bir təhlükə hiss etdikdə sinib gizlənər. M.Rzaquluzadə.

2. Çökmək.
Yeni gülümsəməkdə olan baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. İ.Hüseynov.

3. Tutub əyilmək.
Kərəm yəhərin qaşına sinmişdi. M.Hüseyn.
Baxış bəy hirslə ata biriki şallaq vurub, onun yalına sindi. Ə.Abasov.

4. məc. Cəsarəti qırılaraq səsini kəsmək, qorxmaq, çəkinmək.
Xudayar bəy bir az sinib çəkildi kənara. C.Məmmədquluzadə.

5. Tərkiblərdə: ürəyinə (canına və s.
) sinmək – ürəyinə yatmaq, xoşuna gəlmək, ürəyincə olmaq. [Heybət Salmana:] Kökəlməyin də şərti var.
Əgər istəyirsən yediyin canına sinsin, gərək mayana haram qatmayasan. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİNMƏK sinmək bax əyilmək 1
  • SİNMƏK çəkmək — oturmaq
  • SİNMƏK əyilmək — gizlənmək
  • SİNMƏK qısılmaq — sıxılmaq — sığınmaq
SİNMƏ
SİNN

Digər lüğətlərdə

миля́га недопёк пора́ниться соотве́тственно ти́верцы трансве́рт великосве́тский во благовре́мении вселю́дный забри́ть мило́к неосторо́жность около́точный хатёнка панель шамир экстренный agrimony civil libertarian dung-fork oil pipeline post house wiredrawing дерматология зажим