İNCİMƏK

f.
1. Əziyyət çəkmək, ağrı hiss etmək.
Eşqin yolunda qəm verə üz, aşiq inciməz. S.Ə.Şirvani.
[Şeyx Səlim] …varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi.
İncimiş, yorulmuş Gülara artıq harayının heç bir yerə çatmayacağını görüb ala gözlərindən yaş ələməyə başladı. Ə.Vəliyev.

2. Küsmək, qəlbi qırılmaq, sınmaq.
Neyləmişəm inciyibsən; Yenə, ey gülbədən, məndən? Q.Zakir.
[Hacı Əhməd Almaza:] Ancaq bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı.
…Həmyerlisi [Səməddən] qonaqlıq vermədiyinə görə incimədi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNCİMƏK İNCİMƏK, RƏNCİDƏ OLMAQ Hələ heç bir kəs onun dilindən inciyib rəftarından rəncidə olmamışdır (B.Bayramov); KÜSMƏK (bax)
  • İNCİMƏK ağrımaq — sızlamaq
  • İNCİMƏK küsmək — sınmaq

Etimologiya

  • İNCİMƏK Türk dillərində inc feili olub, “sındırmaq” mənasında işlədilib (xalq arasında indi xıncım-xıncım etmək ifadəsi qalmaqdadır)
İNCİMƏ
İNCİNAR

Digər lüğətlərdə

ка́жущийся массажи́ст полосу́шка реэвакуи́рованный эмпириокритици́зм дощано́й изовра́ться фазо́метр рубить чирка back-door backslid choc cobweb bird cross up ichthyosauri metrify pursuer scare third estate бушлат пробыть сентиментализм сплачиваться трогаться