Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ariçilik
Ariçilik vəya Aryanizm (termin arii sözündən əmələ gəlib sanskr. ā́rya-, avest. airya-, fars. ariya-‎) Tərcüməsi azərb. layiqli, hörmətli, alicənab‎ kimidir. Yalan elmlərərə aid termindir. İskəndəriyyəli Ariusun ortaya atdığı təlimin tərəfdarları tərəfindən davam etdirilən dini cərəyan. Bu cərəyan Üçlüyü qəbul etməməklə birlikdə İsanın tanrı olduğunu da inkar edirdi. Əsasən german tayfaları arasında yayılmışdı. Nikeya kilsə məclisində qəti olaraq pisləndilər və heretik elan edildilər.
Dilçilik
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
İrqçilik
İrqçilik və ya rasizm — İrqçilik, insanların qruplarının fiziki görünüşünə uyğun fərqli davranış xüsusiyyətlərinə sahib olduqlarına və bir irqin digərindən üstün olmasına görə bölünə biləcəyinə inamdır. Ayrıca fərqli bir irqi və ya etnik mənşəli olduğu üçün digər insanlara qarşı yönəlmiş qərəz, ayrı-seçkilik və ya düşmənçilik mənasını verə bilər. İrqçiliyin müasir variantları çox vaxt xalqlar arasında bioloji fərqlərin sosial qavranılmasına əsaslanır. Bu görüşlər, ehtimal olunan ortaq irsi əlamətlərə, qabiliyyətlərə və ya keyfiyyətlərə əsaslanaraq fərqli irqlərin bir-birlərindən üstün və ya daha aşağı olduğu sıralanan ictimai hərəkətlər, təcrübələr və ya inanclar və ya siyasi sistemlər şəklində ola bilər. Ayrı-seçkilik praktikasında və ya qanunlarda qərəz və ya lovğalanma ifadəsini dəstəkləyən siyasi sistemlər (məsələn, aparteid) baxımından, irqçi ideologiya nativizm, ksenofobiya, digərlik, seqreqasiya, iyerarxik sıralama və supremasizm kimi əlaqəli sosial aspektləri əhatə edə bilər. Çağdaş sosial elmdə irq və etnik anlayışlar ayrı hesab olunsa da, iki termin məşhur istifadə və köhnə ictimai elm ədəbiyyatında uzun bərabərliyə malikdir. "Etnik mənsubiyyət" adətən ənənəvi olaraq "irqi" ilə əlaqəli bir mənada istifadə olunur: insan qrupunun vacib və ya doğma olması ehtimal olunan keyfiyyətlərə görə bölünməsi (məsələn, ortaq əcdad və ya ortaq davranış). Buna görə, irqçilik və irqi ayrı-seçkilik, bu fərqliliklərin irqi olaraq təsvir edilməsindən asılı olmayaraq, etnik və ya mədəni zəmində ayrı-seçkiliyi təsvir etmək üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyə dair konvensiyasına görə, "irqi" və "etnik" ayrı-seçkilik terminləri arasında heç bir fərq yoxdur. BMT Konvensiyası, irq fərqliliyinə əsaslanan üstünlüyün elmi cəhətdən yalan, mənəvi məhkum, sosial ədalətsiz və təhlükəli olduğu qənaətinə gəlir.
İrsilik
İrsilik (ing. inheritance, rus. наследование, türk. kalıtım) — obyekt-yönlü proqramlaşdırmada: müəyyən xassələrın sinifdən onun törəmələrinə verilməsi. Məsələn, əgər "tərəvəzlər" sinfinin "yaşıl" və "sarı" xarakteristikaları varsa, onların hər ikisi "tərəvəzlər" sinfinin törəmələrinə – bar, yarpaqlar, yeməlilər və s. veriləcək. Ümumi anlamda irsilik, müəyyən xassələrin ana proqramdan və ya prosesdən yerinə yetirilmək üçün çağrılan başqa modullara ötürülməsi prosesinə də aid edilir. Bu halda irsən alınmış xassələrə ana proqram mühitinin bir, yaxud bir neçə xassəsi və ya özəlliyi (məsələn, artıq açılmış fayllar) aid olur. Aşağıdakı nümunədə Form sinfindən "açıq-aşkar" ("publicly") irsən alınmış Circle sinfi verilib. Yeni Circle sinfi area atributunu təməl Form sinfindən irsən alıb (area atributu dolayı yolla Circle sinfinin atributudur), ancaq ona birbaşa müraciət edə bilməz.
Akkomodasiya (dilçilik)
Akkomodasiya və ya samitlərlə saitlərin uyuşması — Bu hadisə assimilyasiya hadisəsinə oxşardır. Fərqi isə, bu hadisə saitlərlə samitlər arasında baş verir. Al, əl, ol, öl sözlərində l samiti dörd çalarda tələffüz edilir. Saitin keyfiyyəti samitə təsir edir, onu öz məxrəcinə çəkir. Örtülü-qapalı sözlərdə bu təsir söz əvvəlində də hiss olunur. Bal və bil sözlərində l samiti qalın və incə çalarlığa malik olduğu kimi, sözün əvvəlindəki b samiti də a saitinin təsiri altında, nisbətən, dil arxasında, i saitinin təsiri altında isə dil önündə deyilir.
Areal dilçilik
Areal dilçilik (və ya dilçilik coğrafiyası) – dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsi. XIX əsrdə meydana gəlmişdir. Areal dilçiliyin yaranması, əsasən, alman alimi İ.Şmidtin adı ilə bağlıdır. J.Jilyeron, M.Bartoli, C.Bon Fante, K.Yaberq, Y.Yud və başqalarının da bu sahədə sanballı tədqiqatları var. Areal dilçilik nümayəndələrinin fikrincə, dildə hər cür yeniliyin meydana gəlməsi dillərin qarşılaşmasının nəticəsidir və buna əsasən dünyanın dilçilik xəritəsini tərtib etmək, dillərin yayılma coğrafiyasını müəyyənləşdirmək mümkündür. Areal dilçilik daha çox dialektləri və şivələri öyrənir.
Assimilyasiya (dilçilik)
Assimilyasiya və ya uyuşma — səs uyuşması səslərin sonluq və başlanğıc mərhələlərinin əsasında baş verir. == Təsnifi == Bir səs başqa səsə təsir göstərir, onu öz məxrəcinə uyğunlaşdırır. Məsələn: şəhərli–şəhərri, anlamaq–annamax və s. Səsin başqa səsə təsirinin nəticəsinə görə uyuşma iki cür olur: tam uyuşma, natamam uyuşma. Tam uyuşmada bir səs o biri səsi öz məxrəcinə çevirir. Məsələn: sönməz–sömməz, çıxarlar–çıxallar və s. Natamam uyuşmada bir səs o biri səsə təsir edib onu öz məxrəcinə yaxınlaşdırır. Məsələn: qızlar–qızdar, qaçdı–qaşdı və s. İstiqamətinə görə uyuşma iki cür olur: irəli uyuşma, geri uyuşma. İrəli uyuşmada əvvəl gələn səs sonrakı səsə təsir edir, öz məxrəcinə uyğunlaşdırır.
Barbarlıq (dilçilik)
Barbarlıq (dilçilik) — Barbarlıq bir dildə qeyri-standart bir söz, ifadə və ya tələffüzdür, xüsusən də morfologiyada səhv kimi qəbul edilir. Bu etiket əvvəlcə qədim yunan və ya latın dilini digər dillərlə qarışdırmaq üçün tətbiq edilmişdi, lakin klassik tədqiqatlarda hər hansı uyğun olmayan söz və ya ifadələrə, nəhayət, cilalanmamış və ya kobud hesab edilən istənilən dilə istinad etmək üçün genişləndirilmişdir. Termin əsasən yazılı dil üçün istifadə olunur. Müasir dilçilikdə ümumi qəbul edilmiş texniki mənası olmayan bu termin müasir deskriptor alimləri tərəfindən az istifadə olunur. == Mənşəyi == Barbarlıq termini ilk dəfə ellinlər tərəfindən dillərinə daxil olan yad elementlər üçün istifadə edilmişdir. (“Barbarismos” sözü “barbaros” sözü ilə bağlıdır; o, ellinlərin işlətdiyi təbiətin təqlidi olan “bar-bar-bar” sözündəndir, “danışmaq” mənasını verir – buna görə də hər iki barbarın mənfi xasiyyəti. və barbarlıq.) Eynilə, digər dillərdə anglicism, ingiliscə qallicism [Məsələn, to be present at əvəzinə kömək etmək üçün feldən istifadə etmək, müq. Fransız köməkçisi] barbarlığa misal olaraq germanizm, ispanizm və s. == İngilis dili == Uyğun olmayan istifadəni təsvir etmək üçün ingilis dilində sözün ən erkən istifadəsi 16-cı əsrdə, xüsusilə klassiklərlə əlaqəli mətnlərdə digər dillərin Latın və ya Yunanca ilə qarışdırılmasına istinad etmək idi. XVII əsrə qədər barbarlıq daha ümumi və daha az dəqiq olan uyğun olmayan bir dil hissi almışdı.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Deskriptiv dilçilik
Deskriptiv dilçilik — struktur dilçiliyin bir qolu, latın sözü olub, "descriptivus - təsviri" mənasında işlənir. Bu cərəyan deskriptiv dilçilik məktəbi, yəni təsviri dilçilik məktəbi də adlanırdı. == Haqqında == 1930-50-ci illərdə Amerika dilçiliyində aparıcı cərəyan olmuşdur. Deskriptiv dilçiliyin banisi Leonard Blumfild onun nəzəriyyəsini “Dil” (1933) adlı kitabında formulə etmişdir. Burada müəllifin özünün dilə aid yeni baxışları əks olunmuşdur. Kitabda, həmçinin dilin təhlil metodları və prinsiplərinin şərhinə geniş yer verilmişdir. Blumfild öz elmi konsepsiyasında dili formal cəhətdən təsvir etməyi hərtərəfli əsaslandırmışdır. Blumfildin “Dil” monoqrafiyasında diqqəti cəlb edən qiymətli cəhətlərdən biri qrammatika nəzəriyyəsidir. Onun qrammatika nəzəriyyəsində qrammatik forma əsas yer tutur. Burada müəllif qrammatik anlayışlara dair əsas terminləri müəyyənləşdirməyə də ciddi səy göstərmişdir .
Dilçilik ensiklopediyası
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan "Dilçilik ensiklopediyası" indiyə qədər analoqu olmayan bir layihədir. Burada hər bir linqvisitik termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı, ingilis dilində sözün tələffüzü ilə yazılı forması arasındakı böyük fərqi nəzərə alaraq terminlərin bu dildə transkripsiyası verilmiş, sonra terminlərin Azərbaycan dilində açıqlanması özünə yer almışdır.. Bölgüyə əsasən A, Б, B, Г, Д, Е, Я hərflərilə başlayan sözləri E. Əliyeva, Ж, 3, И, K, T, Ш, Щ, У hərflərilə sözləri Z. Əsgərova, И, H, О, П, Р, С, З hərflərilə sözləri С. Babayev və Л, М, Ф, X, Ц, Ч, К) hərflərilə başlavan sözləri Z. Əliyeva düzmüş. onların alman, ingilis və fransız dillərində ekvivalentlərinin tapılıb yerinə qoyulmasına köməklik göstərmişlər. Bundan sonra terminlərin Azərbaycan dilində açılışı verilmişdir. Ensiklopediyada verilmiş sözlərin almanca qarşılığının dəqiqləşdirilməsinə və digər texniki məsələlərin həllinə öz köməyini əsirgəməyən əməkdaşımız M. Seyid-Rzayevi də xüsusi qeyd etmək lazımdır. Ensiklopediyada rus dilinin ilkin mənbə kimi götürülməsi hazırda bizim Respublikamızda əsas informasiyanın bu dildə yayılması ilə bağlıdır. Bizdə yaşlı nəsil dilçiləri əsasən rus dilindən informasiya alır. həm də hələlik kitab bazarında bizə gəlib çatan yeni nəşrlər əsasən rus dilindədir. Alman, ingilis və fransız dillərində oxumaq və məlumat almaq imkanı çox az miqdarda adamlara məxsusdur.
Dilçilik məktəbləri
Dilçilik məktəbləri — Dünya dilçiliyində bir sıra məktəblər yaranmışdır: == Qədim hind dilçilik məktəbi == Qədim hind dilçiliyinin tarixi eramızdan 1500 il əvvələ gedib çıxır. Hind dilçiliyinin yaranmasının səbəbi müqəddəs himnlərin dili olan sanskrit ilə xalq dili sayılan prakrit arasında fərqlənmələrin baş verməsindən ibarətdir. Prakritdən xalq dili kimi daha çox istifadə olunurdu. Sanskrit isə dini ayinlərin, mərasimlərin icrasında daha çox istifadə edilirdi. Beləliklə də, sanskrit getdikcə öz informasiya vəzifəsindən uzaqlaşmağa başlayırdı. Yəni əhali arasında sanskritin işlənməsinə bir məhdudiyyət yaranırdı. Belə bir fərqin baş verməsi sanskrit istifadəçilərini təlaşa salırdı. Çünki sanskrit unudulsa idi, dini mərasimlər və ayinlər yaddan çıxmaq təhlükəsi ilə üzləşə bilərdi. Odur ki, sanskriti itib getməkdən və prakritin assimliyasiya təsirlərindən qorumaq lazım gəlirdi. Qədim hind dilçiliyi məhz belə bir problemin həlli məqsədilə yaranmışdır.
Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Dissimilyasiya (dilçilik)
Dissimilyasiya və ya səs fərqləşməsi — səs uyuşması hadisəsinin əksinədir. Səs fərqləşməsi hadisəsində bir səs başqa səsə təsir göstərərək onu öz məxrəcindən uzaqlaşdırır. == Təsnifi == Səs fərqləşməsi hadisəsi də asan məxrəc, yəni tələffüzün asanlaşdırılması prinsipindən irəli gəlir. Azərbaycan dilindəki r samiti kipləşən-titrək yuvaq samitidir. Bu samiti tələffüz edərkən dilin ucu təxminən üç dəfə dönür. Azərbaycan dilindəki zərər sözü ayrıca işləndikdə zərəl kimi tələffüz edilir. Sözdə iki r samitinin tələffüzü çətinlik törətdiyi üçün ikinci r dilönü-dişarxası l samitinə çevrilmişdir. Azərbaycan dilindəki qaralmaq, saralmaq sözləri yazılı abidələrdə qararmaq, sararmaq şəklində işlənmişdir. Burada da səs fərqləşməsi hadisəsi baş verib. Bu sözlərdəki r>l əvəzlənməsi yazılı ədəbi dilin normasına çevrilmiş, yazıda orfoqrafik norma kimi qəbul edilmişdir.
Ekoloji irqçilik
Ekoloji irqçilik — irqi kontekstdə ətraf mühitdə və siyasətdə özünü göstərən ekoloji ədalətsizlikdir. == Tarix == Bu termin 1982-ci ildə Şimali Karolina ştatının Uorren dairəsindəki bir şəhərindəki təhlükəli Poliklorlu bifenilləri atdıqdan sonra Birləşmiş Məsih Kilsəsinin İrqi Ədalət Komissiyasının o vaxtkı icraçı direktoru Benjamin Çavis tərəfindən istifadə edilmişdir. Şimali Karolinada bu iş üzrə Birləşmiş Məsih Kilsəsi və Birləşmiş Ştatların Baş Mühasibat Ofisinin hesabatları ictimaiyyətin diqqətini təhlükəli tullantıların utilizasiya sahələri ilə yoxsul ərazilər arasında sıx əlaqəyə cəlb edir. Erkən ekoloji irqçilik fəalları Çavis və Robert Bullard ekoloji irqçiliyə səbəb olan hökumət və korporativ siyasətlərdən qaynaqlanan institusional irqçiliyə işarə etdirlər. Qırmızı planlama, rayonlaşdırma və rəng korluğuna uyğunlaşma planlaması kimi təcrübələr və sakinlərin aşağı sosial-iqtisadi vəziyyəti, habelə siyasi təmsilçilik və hərəkətliliyin olmaması da daxil olmaqla amillər ekoloji irqçiliyə kömək edir. Ekoloji irqçilik bir neçə yolla izah edilə bilər və əksər hallarda dörd unikal modeli əhatə edir. Birincisi təhlükəli tullantılara məruz qalmadır. Bunu həm də icmanın daşqın kimi məsələlərə qarşı nə qədər həssas olduğunu hesablamaqla müəyyən etmək olar. İçməli suyun mövcudluğu ekoloji ədalətin qiymətləndirilməsinə də kömək edə bilər. Nəhayət ayrı-seçkilik əsaslı tullantıların idarə edilməsi proqramı da ekoloji ədalətsizlik halı sayıla bilər.
Kalka (dilçilik)
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Mədəni irqçilik
Mədəni irqçilik, yeni irqçilik və ya neoirqçilik — qəbul edilən bir irqin və ya qrupun mədəniyyətinin digər irq və ya qruplardan üstün olduğu irqçilik formasıdır. Bu həm institusional, həm də fərdi şəkildə baş verir. Mədəni irqçilikdə dominant qrup öz mədəniyyətinə, etnosentrizminə üstünlük vermək üçün tərif gücündən istifadə edir. Qeyri-dominant qruplar mədəniyyəti və dini bu qrupların mahiyyəti kimi təqdim etmələri ilə fərqlənir, nəticədə bu mahiyyət hakim mədəniyyətə təhlükə yaradır. İkinci Dünya Müharibəsinin dəhşətləri uzun müddətdir ki, soyqırım, yevgenika və açıq-aşkar irqçi rejimlərin seqreqasiyası ifratlarını ictimai rəydə qəbuledilməz edib. Bununla belə, qəribə qarşı qərəz və qorxu aradan qalxmadı, açıq-aşkar irqçilik də yox olmadı. Müharibədən sonrakı onilliklər ərzində davam edən iqtisadi rifah və demək olar ki, tam məşğulluq da Avropaya qonaq işçi immiqrasiya dalğasına səbəb oldu. Bununla belə, 1973-cü il neft böhranı ilə iqtisadi artım dayandı və işsizlik artdı, indiyə qədər tanınan tolerantlıq azaldı. Beləliklə, yerli əhali immiqrantlarla məşğulluq, mənzil və təhsil uğrunda real və ya xəyali rəqabətlə üzləşdikcə, sosial xidmətlərdən sui-istifadə halları geniş şəkildə bildirildikcə, fəhlə sinfi daxilində parçalanmalar üçün şərait böyüdü. Beləliklə, ksenofobiya və gündəlik irqçilik milli kimliyə və milli xarakterə müraciətlə yenidən siyasi gündəmdə yer ala bildi.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Transkripsiya (dilçilik)
Transkripsiya — (lat. "Transkriptio" — üzününün köçürülməsi), məlumatın üzününün köçürülməsi adlanır.
Tətbiqi dilçilik
Tətbiqi dilçilik - nəzəri dilçiliklə yanaşı, dilçilik elminin bir sahəsidir. Dilin öyrənməsi ilə bağlı təcrübi məsələlərin həllində, eləcə də digər sahələrdə linqvistik nəzəriyyənin təcrübi istifadəsi ilə bağlı elmdir. == Tarixi == Tətbiqi dilçilik ənənəsi qismən 1950-ci illərin sonlarında generativ dilçiliyin yaranması ilə dilçilikdə diqqətin azalmasına reaksiya olaraq özünü büruzə vermişdir və həmişə sosial məsuliyyətli rolunu qoruyub saxlamışdır. Tətbiqi dilçilik sahəsi Avropa və ABŞ-da başlasa da, bu sahə beynəlxalq kontekstdə sürətlə inkişaf etmişdir. Tətbiqi dilçilik ilk növbədə dilçiliyə əsaslanan prinsipləri və təcrübələri əhatə edirdi. 1960-cı illərdə isə tətbiqi dilçilik dilin qiymətləndirilməsi, dil siyasəti və ikinci dilin mənimsənilməsini əhatə edəcək şəkildə genişləndirilmişdir. Artıq 1970-ci illərdə tətbiqi dilçilik nəzəri dilçilikdən daha çox problem yönümlü sahəyə, o cümlədən real dünyada dil problemlərinin həllində mühüm rol oynayan sahəyə çevrilmişdir. 1990-cı illərdə tətbiqi dilçilik tənqidi tədqiqatları və çoxdilliliyi əhatə edəcək şəkildə genişlənmişdir. Tətbiqi dilçilikdə aparılan tədqiqatlar “dilin əsas məsələ olduğu real dünya problemlərinin nəzəri və empirik tədqiqinə” keçmişdir. ABŞ-da tətbiqi dilçilik də struktur dilçilikdən gələn fikirlərin tətbiqi kimi dar çərçivədə başlamışdır.
Koqnitiv dilçilik
Koqnitiv dilçilik — dili informasiyanı kodlaşdıran və transformasiya edən koqnitik mexanizm kimi öyrənir. Koqnitiv dilçilik dil və təfəkkür mürəkkəb münasibətlərini öyrənir. Dillə insanın qarşılıqlı münasibətlərini öyrənilməsinin bünövrəsini nevropsixoloqlar qoymuşlar. Neyrofiziologiyanın əsasında neyrolinqvistika yarandı. Bu sahənin görkəmli nümayəndələri L. İ. Vıqotski və A. R. Luriyadır. Məlum oldu ki, dil fəaliyyəti insanın beynində baş verir, dil fəaliyyətinin müxtəlif şəkilləri (dil mənimsəmə, dinləmə, danışma, məktub, oxuma və s.) baş beynin müxtəlif nahiyələri ilə əlaqədardır. == Koqnitiv dilçiliyin formalaşması və inkişafı tarixi == Koqnitiv dilçiliyin yaranması təkcə dilçilik tarixi ilə deyil, həm də daha geniş perspektivdə idrak tədqiqatlarının inkişafı və qondarma "koqnitiv elm"in formalaşması (cognitive science; rus dili nəşrlərində "koqnitologiya" və ya da "kogitologiya" terminləri rast gəlinir) ilə müəyyən edilmişdir. Koqnitiv dilçiliyin meydana gəlməsi 1989-cu ilin yazında Duysburqda (Almaniya) keçirilən və eyni zamanda koqnitiv dilçilik üzrə ilk beynəlxalq konfransa çevrilən beynəlxalq dilçilik simpoziumu ilə üst-üstə düşür. Simpoziumun iştirakçıları Beynəlxalq Koqnitiv Linqvistika Assosiasiyasını yaratmış, Koqnitiv Dilçilik jurnalını təsis etmiş və Koqnitiv Dilçilik Tədqiqatları silsiləsi monoqrafiyalar hazırlamışlar, sonradan bu istiqamətin görkəmli nümayəndələr əsərlərini nəşr etdirdi. Dil və təfəkkür arasındakı əlaqə probleminin inkişafının növbəti mərhələsi psixolinqvistika idi ki, onun çərçivəsində nitqin əmələ gəlməsi və qavranılması prosesləri, dilin insan şüurunda saxlanılan əlamətlər sistemi kimi öyrənilməsi prosesləri, dil sistemi və onun istifadəsi və fəaliyyəti öyrənilmişdir (amerikalı psixolinqvistlər C. Osquod , T. Sebeok , C. Greenberg , C. Carroll , rus dilçiləri A. A. Leontyev , I. N. Gorelov , A. A. Zalevskaya , Y. N. Karaulov) Beləliklə, koqnitiv dilçilik müasir dilçilik elminin müstəqil sahəsi kimi koqnitiv elmdən çıxmışdır.
Elmi irqçilik
Elmi irqçilik — bəzən bioloji irqçilik də adlandırılır, insan növünün "irqlər" adlanan bioloji cəhətdən fərqli taksonlara bölünə biləcəyinə və irqçiliyi (irqi ayrı-seçkilik) dəstəkləmək və ya əsaslandırmaq üçün empirik sübutların mövcud olduğuna dair yalançı elmi inamdır, irqi aşağılıq və ya irqi üstünlük. XX əsrin ortalarına qədər elmi irqçilik bütün elmi ictimaiyyət tərəfindən qəbul edilmişdi, lakin artıq elmi hesab edilmir. Bəşəriyyətin bioloji cəhətdən ayrı-ayrı qruplara bölünməsi, müvafiq izahlı modellər qurmaq və tətbiq etməklə bu qruplara xüsusi fiziki və əqli xüsusiyyətlərin verilməsi ilə yanaşı, bu ideyaları dəstəkləyənlər tərəfindən irqçilik, irq realizmi və ya irq elmi adlandırılır. Müasir elmi konsensus bu görüşü müasir genetik tədqiqatlarla uzlaşmaz kimi rədd edir. Elmi irqçilik insan populyasiyalarını fiziki cəhətdən ayrı-ayrı insan irqlərinə təsnif etmək üçün antropoloji tipologiyalar təklif etməklə antropologiyanı (xüsusilə fiziki antropologiya), kraniometriyanı, təkamül biologiyasını və digər fənləri və ya psevdo-disiplinləri yanlış tətbiq edir, yanlış şərh edir və ya təhrif edir, bəziləri daha üstün ola bilər. ya da başqalarından aşağıdır. Elmi irqçilik 1600-cü illərdən İkinci Dünya Müharibəsinin sonuna qədər olan dövrdə geniş yayılmışdı və XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər Avropa və Amerika akademik yazılarında xüsusilə qabarıq idi. XX əsrin ikinci yarısından etibarən elmi irqçilik köhnəlmiş kimi gözdən salındı və tənqid edildi, lakin irqi kateqoriyaların mövcudluğuna və əhəmiyyətinə və üstün və aşağı iyerarxiyaya inam əsasında irqçi dünya görüşlərini dəstəkləmək və ya təsdiqləmək üçün davamlı olaraq istifadə edilmişdir. Elmi irqçilik insan populyasiyalarını fiziki cəhətdən ayrı-ayrı insan irqlərinə təsnif etmək üçün antropoloji tipologiyalar təklif etməklə antropologiyanı (xüsusilə fiziki antropologiya), kraniometriyanı, təkamül biologiyasını və digər fənləri və ya psevdo-disiplinləri yanlış tətbiq edir, təhrif edir və ya təhrif edir. ya da başqalarından aşağıdır.
Say (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Saylar (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
İnversiya (dilçilik)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.