ÇƏRÇİLİK

is.
1. köhn. Çərçinin işi, peşəsi; xırdavatçılıq.
[Hacı Mehdi:] Get bazara, çərçiliyini elə, beş şahı qazan, ətə, çörəyə ver, gətir ye, yıxıl yat. Ə.Haqverdiyev.

2. məc. dan. Boşboğazlıq, laqqırtı. Bəsdir çərçilik elədin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇƏRÇİLİK alverçilik — xırdavatçılıq
ÇƏRÇİ
ÇƏRÇİVƏ

Digər lüğətlərdə